Ağrıkəsicilər niyə bəzən kömək etmir? - Mütəxəssislər cavab verirlər

Ağrıkəsicilər niyə bəzən kömək etmir? - Mütəxəssislər cavab verirlərAğrıkəsici dərmanlar ağrı və əzabları yüngülləşdirmək üçün nəzərdə tutulub, lakin bəzən onlar istənilən effekti verməyə bilər.

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, rusiyalı terapevt Olqa Çistik və əczaçı Dmitri Qurov ağrıkəsicilərin səmərəsizliyinin səbəbləri haqqında danışıblar, həmçinin onların düzgün qəbulu üçün tövsiyələr veriblər.

Çistik ilk səbəb kimi bunu yanlış dozalanma ilə bağlı ola biləcəyini deyib, məsələn, insan lazım olduğundan daha az qəbul edə bilər.

"İkincisi, bir sıra dərmanlar alkoqol və nikotinlə uyğun deyil. Buna baxmayaraq, xəstə siqaret çəkməyə və ya alkoqol qəbul etməyə davam edə bilər ki, bu da dərmanın effektini itirir. Eyni şey müalicə zamanı pəhrizə riayət etməyə də aiddir. Üçüncüsü, dərmanın qəbul qaydalarına riayət edilməsi vacibdir. Bu, xüsusilə günün vaxtı, dərmanın miqdarı, qidanın dərmandan əvvəl və ya sonra qəbulu qaydaları və qəbulun müntəzəmliyidir", - deyə həkim izah edib.

O, dərmanın düzgün seçilməməsinin də effektin olmamasına səbəb ola biləcəyini vurğulayıb.

"Aktiv maddələrindən asılı olaraq bir neçə növ ağrıkəsici var (iltihabəleyhinə, analgetiklər, anestetiklər, spazmolitiklər) və dərman konkret ağrı növünə uyğun seçilməlidir. Lakin çoxları hər halda bir dərman qəbul edir ki, bu da açıq-aşkar yanlışdır", - deyə mütəxəssis əlavə edib.

Terapevtin sözlərinə görə, bəzi insanlar ağrıkəsici dərmanın qəbulundan bir neçə dəqiqə sonra nəzərəçarpan effekt verməsini gözləyirlər.

"Amma bu belə deyil. Dərmanın orqanizmdə həzm olunması və təsir göstərməyə başlaması üçün vaxt lazımdır", - deyə o izah edib.

Əczaçı Qurov isə müxtəlif ağrı növləri üçün dərmanların əsas istiqamətlərini vurğulayıb. Belə ki, o, iltihabəleyhinə dərmanları qeyd edib.

"Təsiredici maddəsi nimesulid olan vasitələr əzələlərdə iltihaba qarşı, dayaq-hərəkət aparatı xəstəlikləri və əzilmələr zamanı effektivdir. İbuprofen oynaq xəstəlikləri zamanı ağrı sindromu ilə mübarizə aparır, baş ağrısı və menstrual ağrılar zamanı kömək edir", - deyə mütəxəssis izah edib.

Analgetiklərdən danışarkən o izah edib ki, təsiredici maddəsi metamizol natrium olan dərmanlar diş və ya əzələ ağrısı zamanı, ketrolak tromethanol - qızdırmalı vəziyyətlərdə, əməliyyatdan sonrakı ağrı növlərində və ya onkoloji ağrılarda istifadə olunur.

Əczaçı həmçinin anestetikləri də xatırladıb. Onun sözlərinə görə, lidokain hidroxlorid kosmetoloji proseduralardan əvvəl ağrıkəsici kimi istifadə olunur, həmçinin müxtəlif ağrı növləri üçün kombinə edilmiş dərmanların tərkibinə daxildir.

"Təsiredici maddəsi artikain və epinefrin olan dərmanlar sinir impulslarının ötürülməsini bloklayır və tibbi müdaxilədən - cərrahi və ya stomatoloji müdaxilədən əvvəl yerli anesteziya üçün uyğundur. Oksibuprokain angina, faringit, udqunma zamanı boğaz ağrısından kömək edir.

Spazmolitiklər - drotaverin hidroxlorid və mebeverin hidroxlorid - hamar əzələlərin tonusunu azaldır, bağırsaq sancıları və ya daxili orqanların spazmları zamanı uyğundur".

Qurov lazımi dərmanı müstəqil seçməyin kifayət qədər çətin olduğunu deyib.

"Məhz buna görə, həkimə müraciət etmək son dərəcə vacibdir. Ən tez-tez rast gəlinən ağrıları (onların intensivliyi, lokallaşması, müddəti və mümkün səbəbləri) göstərməklə öz anamnezinizi tərtib edə bilərsiniz. Bu məlumatlar əsasında həkim ən uyğun ağrıkəsicilərin siyahısını verəcək", - deyə mütəxəssis vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1283   Tarix: 16 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19 oktyabr
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr