Stomatologiyada irəliləyiş: Dişlərini itirmiş insanlar üçün yeni ümid
Alimlər ilk dəfə insan və donuz hüceyrələrinin kombinasiyası ilə yeni dişlər yetişdiriblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə tədqiqatın nəticələri "Stem Cells Translational Medicine" jurnalında dərc olunub.
Bildirilir ki, Tafts Universitetinin Stomatologiya Məktəbindən professor Pamela Yelik və komandası insan diş pulpası hüceyrələri ilə donuzların çıxmamış dişlərindən alınan epitel hüceyrələrini birləşdirərək yeni dişəbənzər strukturlar yetişdirməyi bacarıb. Hüceyrələr xüsusi karkasa yerləşdirilərək yetkin donuzların çənəsinə implantasiya olunub.
Bir neçə ay sonra bu bio-istehsal edilmiş dişlər təbii dişlərin inkişaf mərhələlərindən keçib.
"Biz tamamilə insan dişinə bənzəyən gözəl kiçik dişlər yetişdirdik", - deyə Yelik vurğulayıb.
Tədqiqatçılar gələcəkdə insan çənəsində birbaşa yeni dişlərin yetişdirilməsi yollarını araşdırır və ümid edirlər ki, növbəti 10 il ərzində itirilmiş dişlərin yerində tam canlı insan dişləri yetişdirmək mümkün olacaq.
"Ən yaxşısı öz dişlərinizi qorumaqdır. Amma əgər bir şey olarsa, insanlara bioloji əvəzləyicilər təklif etmək istəyirik", - deyə o, sözlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13 sentyabrİltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11 sentyabrPsixoloq seçimi edərkən bunlara diqqət etmək lazımdır - AÇIQLAMA
İnsanlar psixoloq seçərkən yalnız təhsilinə və iş təcrübəsinə deyil, tətbiq etdiyi metodların elmi əsaslarına, etik qaydalara əməl edib-etməməsinə və mütəxəssisin ixtisaslaşdığı sahəyə də diqqət yetirməlidirlər. Peşəkar psixoloqun fəaliyyətində məxfilik, düzgün qiymətləndirmə və müştərinin ehtiyacın
8 sentyabrİnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
2 sentyabrBədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər
6 sentyabrŞirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14 sentyabrÇörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?
Çörəyi rasiondan çıxarmaq çəki itkisinə səbəb ola bilər. Lakin karbohidrat ehtiyacını tamamilə azaltmaq düzgün deyil. Mütəxəssislər ağ çörək əvəzinə tam taxıllı, çovdarlı və ya mayalı çörəyə üstünlük verməyi tövsiyə edirlər. Qaynarinfo "Network Okulu"na istinadən xəbər verir ki, çörəkdən imtin
28 avqustAlimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14 sentyabr