Uşağınız tez-tez ah çəkirsə... - Pediatrdan xəbərdarlıq
Uşaqların kifayət qədər oksigen almaması və əsəbləşəndə susmaları fiziki və psixoloji xəstəliklər yaradır.
Ölkə.Az xəbər verir ki, bu barədə pediatr Aytən İsmayılzadə danışıb. O, uşaqların böyüdüyü müddətdə ağciyərlərinin açılmasının əhəmiyyətinə diqqət çəkib:
"Hamı bilir ki , bol oksigen sağlamlıq deməkdir. Amma biz həmişə bol oksigen almırıq, qorxu, stress, həyəcan səbəbindən tez-tez nəfəsimizi tuturuq, bağlı məkanlarda çox oluruq, təmiz havamız yox kimidir, nəfəs məşqləri, yoqa etmirik və s. Bəs uşaqların nəfəsini necə kəsirik? Onlar qarın tənəffüsü ilə doğulur ki, bol oksigen alsın. Körpələr qarın - diafraqma tənəffüsü edir. Yəni bu zaman ağciyərlər tam rahat açıla və hava ilə dola bilir. Və bu əsasən uşaq ağlayan zaman olur. Ona görə onlar tez-tez sancılanırlar ki qışqırsınlar, ağciyərlər açılsın. Biz isə ağzına "soska" tıxayırıq, smesini bol eləyirik, köp dərmanı, yuxu dərmanı da veririk ki, sussun, yəni nəfəsini kəsirik. Sonra uşaq böyüdükcə "sus", "bərkdən danışma" deyərək nəfəsini kəsirik. Halbuki ucadan danışmaq təbii bir şeydir . Qorxusu, həyəcanı olan uşaqlar astadan danışır və travma yığır".
Pediatr insanlar əsəbləşərkən ağlamasının və ya qışqırmasının səbəbini beləizah edib:
"Bu zaman dərin nəfəs alırıq o da bizim yaramızı sağaldır. Susub ağlamaq, içinə atmaq çox zədə yemək deməkdir. Bunun isə nəticəsi fiziki və psixoloji xəstəlikdir. Uşaq böyüdükcə nəfəsini telefonla , kompüter oyunu ilə, dərslə kəsirik. Məktəblərdə pəncərələr bağlı, otaq havasızdır, beyin az oksigenlə işləməyə məcbur qalır. Sonra deyirlər ki, uşaq aqressivdir. Oksigeni az olan bədən üçün aqressiya hələ minimumdur. Telefonda kilidlənən uşaqlar nəfəs almır.
Baxdıqlarından həyəcan, stress, qorxu keçirərək, özlərinə aid olmayan məlumatlardan şok keçirərək nəfəslərini tuturlar. Gələcəkdə panik atak yaranır.
Mən də bunları yazarkən nəfəsimi tuturam və ah çəkirəm. Niyə ah çəkirik? Ah elə dərin qarın nəfəsidir. Görün, heç çiyinlərinizi qaldırıb Ah çəkə bilirsinizmi? Amma qarın şişməklə daha dərin ah çəkilir. Çünki bunu biz bilərəkdən etmirik, şüuraltı baş verir. Tutduğumuz nəfəs kompensasiya olunur. Tez-tez ah çəkən uşaqlar da stresli uşaqlardır. Sadəcə sakitləşdirci verməklə kifayətlənməyin, səbəbini araşdırın.
Bəzi valideynlər də uşağın ürəyini yoxlatdırır. Əlaqəsi yoxdur. Həqiqi havası çatmayan, ürək problemi olanın dodağı göyərər. Bu isə kəskin yox, gedib gələn oksigen azlığıdır", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabr