Uşaqları boyamağın CİDDİ TƏHLÜKƏSİ – Valideynlərin DİQQƏTİNƏ!

Uşaqları boyamağın CİDDİ TƏHLÜKƏSİ – Valideynlərin DİQQƏTİNƏ!Valideynlərin bir çoxu qız övladlarının kiçik yaşlardan etibarən gözəl görünməsini istədikləri üçün onlara dırnaq boyası çəkməyi adi hal kimi qəbul edir. Ancaq bu "məsum" gözəllik oyununun arxasında hansı təhlükələrin gizləndiyini çox az adam düşünür.

Lent.az bildirir ki, mütəxəssislərin fikrincə, dırnaq boyaları, xüsusilə də uşaq orqanizmi üçün nəzərdə tutulmayan, ucuz və keyfiyyətsiz məhsullar tərkibində zərərli kimyəvi maddələr daşıyır.

Formaldehid, toluen və ftalat kimi maddələr allergik reaksiyalar, tənəffüs problemləri, hətta hormonal sistemdə pozuntular yarada bilər. Bu maddələr isə uşaqların hələ tam formalaşmamış immun sistemlərinə mənfi təsir göstərir.

Pediatrlar düşünür ki, uşaqların dırnağına lak çəkmək onların dərisiylə və selikli qişasıyla təmasda olan maddələrin daha tez sorulmasına səbəb olur. Onlar əllərini tez-tez ağızlarına apardıqları üçün bu maddələr bədənə birbaşa daxil ola bilər.

Estetik baxımdan valideynləri sevindirən bu vərdiş, psixoloji baxımdan da risklidir. Erkən yaşlarda makiyaj və gözəllik anlayışına alışan uşaqlar öz görünüşlərinə həddindən artıq önəm verməyə, özlərini yalnız xarici görünüşlə ifadə etməyə başlaya bilərlər. Bu isə onların özünəinamına, şəxsiyyətlərinin inkişafına və gələcəkdə formalaşacaq dəyərlərinə mənfi təsir edə bilər.

Bəs nə etməli?

Psixoloqlar valideynləri uşaqlarla bu mövzuda açıq şəkildə danışmağa, onlara sağlamlıq və təbiilik haqqında doğru məlumatlar verməyə çağırırlar. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış, toksik olmayan dırnaq lakları mövcuddur, lakin onlardan da yalnız xüsusi günlərdə və məhdud şəkildə istifadə etmək tövsiyə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 990   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ

Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ

23 oktyabr