Diş ağrısı deyib keçməyin – Vacib xəbərdarlıq
Üz ağrısı, çənədə uyuşma və danışma çətinliyi kimi simptomlar bəzən Dağınıq Skleroz (MS) xəstəliyinin ilk əlamətləri ola bilər.
Milli.Az xəbər verir ki, Türkiyədə bu xəstəliklə təxminən 80 min insan mübarizə aparır və əlamətlərin erkən aşkarlanması həyati əhəmiyyət daşıyır.
Dosent Doktor Nurettin Diker bildirib ki, bəzi hallarda MS ilk olaraq beyindən deyil, ağız və çənə nahiyəsindən özünü göstərir:
"Üz ağrısı, çənədə uyuşma, udma və danışma çətinliyi kimi şikayətlərlə bizə müraciət edən xəstələrdə əslində MS-in ilkin əlamətləri müşahidə edilir. Təəssüf ki, bu hallar bəzən illərlə düzgün diaqnoz qoyulmadığı üçün müalicə gecikir", - deyə mütəxəssis qeyd edib.
Dikerin sözlərinə görə, diş həkimləri də bu əlamətləri fərq edərək erkən diaqnoz üçün həkimə yönləndirə bilərlər. MS xəstələrində diş əti xəstəlikləri və kariyes riski daha yüksək olur ki, bu da yalnız ağız sağlamlığını deyil, ümumi sağlamlığı da təhdid edir.
"Əgər ağızda boşluq olmadığı halda üzdə bıçaqlanma kimi ağrılar hiss edilirsə, bu sinir mənşəli ola bilər və MS ehtimalı nəzərdən keçirilməlidir", - deyə o əlavə edib.
Mütəxəssis onu da vurğulayıb ki, MS-in müalicəsində istifadə edilən bəzi dərmanlar (antidepresanlar, antikonvulsanlar, kortikosteroidlər və s.) ağızda quruluq, dad itkisi, yanma hissi və digər xoşagəlməz təsirlərə səbəb ola bilər. Bu səbəbdən MS xəstələrinin diş müalicələri səhər saatlarına planlaşdırılmalı və qısa müddətli aparılmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabr