Atalıq məzuniyyəti ilə bağlı yeni addımlar gözlənilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov "Yeni bir səhər" verilişində ödənişli atalıq məzuniyyəti ilə bağlı bir sıra tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu gün ailədə atanın rolunun önəmi getdikcə daha çox dərk olunur və bu istiqamətdə dəstək tədbirlərinin genişləndirilməsinə ehtiyac var:
"İctimai birliklər və qeyri-hökumət təşkilatları bu sahədə qrant müsabiqələrində daha fəal iştirak etməli, bölgələrdə maarifləndirmə işləri aparılmalıdır".
Seymur Məmmədov həmçinin əlavə edib:
"Burada mənfi bir tərəf görmürəm. Qadının da əmək fəaliyyətində iştirakı ailə büdcəsinə müsbət təsir göstərir. Hazırkı şəraitdə yalnız bir valideynin təkcə kişinin və ya qadının işləməsi ailə daxilində maliyyə balanssızlığına səbəb ola bilər. Bu baxımdan, atalıq məzuniyyətinin təşviqi və bu barədə məlumatlandırmanın artırılması mühüm əhəmiyyət daşıyır".**Milli.Az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 741 Tarix: 01 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabr