Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?Azərbaycan Rusiyadan diri qoyun idxalını artırıb. Belə ki, bu ilin birinci rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 10 115 baş diri qoyun idxal edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 dəfə, kəmiyyət olaraq - 16 dəfə çoxdur. Hesabat dövründə Azərbaycana Rusiyadan 927,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58 dəfə çox) 7 min 945 baş (47 dəfə çox) və Gürcüstandan 209,4 min ABŞ dolları dəyərində (5 dəfə çox) 2 170 baş (4,5 dəfə çox) qoyun gətirilib. 2024-cü ildə Azərbaycana idxal edilmiş 182 min baş qoyunun 88 faizi Gürcüstanın payına düşüb.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Ət istehsalımızda geriləmə mövcud deyil"

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, yerli qoyun istehsalımızda heç bir problem mövcud deyil: "Qeyd olunan dövrdə - yanvar-mart aylarında 141,6 min ton diri çəkidə ət istehsal olunub. Bu, ötən illə müqayisədə 1,7 faiz çoxdur. Yəni ət istehsalımızda geriləmə mövcud deyil. Ölkəmizdə altı milyona yaxın qoyun var. 10 115 ədəd qoyun cəmi bir təsərrüfatlıq saydır. Elə də böyük rəqəm deyil".

V.Hüseynov bildirir ki, sahibkarlar heyvanları quzu ikən alır, böyütdükdən sonra qoyun əti olaraq satışa çıxarırlar: "Daxili bazarda da tələbat olduğundan ixrac edilir. Yeni təsərrüfatlar da formalaşa bilər. Aqroparklarda təsərrüfatlar yaradırlar. Ola bilər ki, ucuz olub və o səbəbdən gətirirlər. Qoyunun birini 109 dollara alıblar. Bu, sahibkarlara sərf edir. Kiçik heyvanları gətirib üç ay bəsləyib satırlar. Diri satış etmirlər. Əsasən ətlik kimi satılır. Azərbaycanda 60 min qoyunluq təsərrüfatlar var. Dövlət xətti ilə ölkəmizə heyvan gətirilmir".

"Qurban bayramında idxal artacaq"

Nazirlik rəsmisinin sözlərinə görə, Qurban bayramının yaxınlaşması xaricdən diri qoyun gətirilməsinə səbəb ola bilər: "Əvvəlki bayramlarda 40 minə yaxın heyvan satılıb. Hansı ki, yerli təsərrüfatlardan əlavə, xarici qoyunlar da satılır. Qurban bayramı ərəfəsində qoyuna tələbat artdığından idxal daha da genişlənəcək".

"Kəndlərdə qoyun saxlamaq istəmirlər"

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, istehsal azaldıqca idxalın artması normaldır: "Bazar qanunları rəqabətlə işləməlidir. Daxili bazarın təminatı üçün qoyun idxalı normal haldır. Bu, ölkə daxilində heyvandarlığın inkişafı üçün təhlükə yaratmır. İdxalın artması istehsalın azalması ilə bağlıdır. Ölkədə qoyun təsərrüfatlarının sayı azalır. Biznes adamları daxili bazarda nəyə ehtiyac varsa, onu idxal edir".

A.Badamov daxili istehsalı azaldan səbəblərə də toxundu: "Kəndlərdə qoyun saxlamaq istəmirlər. Bu, bazarda ətin qiymətinin aşağı olması ilə əlaqəli deyil. Çünki daxili bazarımızda qoyun əti kifayət qədər baha satılır. Fermerlərimiz, kəndlilərimiz qoyun saxlayıb satmaqla heç vaxt ziyana düşmürlər. Əksinə, qoyunçuluq rentabelli sahədir. Amma həm də əziyyətli sahədir. İnsanlar son vaxtlar daha az zəhmətlə daha çox qazanmaq istəyirlər. Fermerlər, kəndlilər qoyun saxlamaq əvəzinə, iribuynuzlu heyvanların saxlanılmasına üstünlük verirlər".

"Bazar özü-özünü tənzimləməlidir"

Deputatın fikrincə, əgər ölkədə qoyun ətinin qiyməti kəskin aşağı düşərsə və ya idxal olunan qoyun əti ölkədə istehsal olunan ətdən aşağı qiymətə satışa çıxarılarsa, bu, qoyunçuluq təsərrüfatlarının gəlirlərinə mənfi təsir göstərə bilər: "Amma bizdə əksinədir. Qiymət artır. Bu da qoyunçuluq təsərrüfatlarının rentabelliyini artırır. Kəndlərdə, fermer təsərrüfatlarında qoyunçuluğun inkişafına üstünlük verilməlidir. Əgər idxalın yerli təsərrüfatların inkişafına mənfi təsiri baş verərsə, bu məsələni hökumət tənzimlənmə alətlərindən istifadə etməklə həll edəcək. Amma indidən qoyun ətinin idxalına məhdudiyyət tətbiq olunarsa, daxili bazarda qiymət kəskin arta bilər. Bu baxımdan bazar özü-özünü tənzimləməlidir".

"Xarici ətlər ucuz qiymətə satılır"

Kənd təsərrüfatı eksperti Şahin Nəcəfovun sözlərinə görə, bir zamanlar qoyunçuluq üzrə inkişaf etmiş ölkələrdən olmuşuq: "İndi isə fermerlər kənddə heyvan saxlamaq üçün otlaq tapa bilmirlər. Kiçikbuynuzlu heyvanlarda bir milyon 200 minə yaxın azalma var. Xarici məhsullar ucuz qiymətə gətirilib satılır. Təkcə Rusiya və Gürcüstandan yox, həmçinin Hindistan, Monqolustan, Portuqaliya və İspaniyadan da ət gətirilir. Bu halda yerli qoyun alınmır. Məhsulu alınmırsa, kəndli artıq qoyun saxlamayacaq. İdxal ildən-ilə genişlənir. Bunun qarşısının alınması üçün orta-kiçik ailə təsərrüfatları dəstəklənməlidir".

Necə fərqləndirək?

Qəssab Müslüm Rzayev hazırda rayon bazarlarında quzu ətinin bir kiloqramının qiymətinin 14-16 manat arasında dəyişdiyini, mağazada isə 20 manata satıldığını bildirdi: "Ümumi çəkisi 10-12 kiloqram olan qoyunlar daha baha - 22-24 manat arasında satılır. Amma qoyun 15 kiloqramdan ağır olduqda ətinin kiloqramı 20-22 manata olur. Keyfiyyətli və yerli heyvanın kiloqramı 16 manatdan aşağı olmur. Kiloqramı 13-14 manat arası satılanlar yerli heyvan deyil, Rusiyadan idxal edilənlərdir".

Xarici əti necə fərqləndirək sualına gəldikdə, qəssab bildirdi ki, kəsilmiş halda olan ətə baxaraq bunu müəyyən etmək üçün təcrübə lazımdır: "Sadə vətəndaşın kəsilmiş halda xarici məhsulu fərqləndirməsi çətindir. Yalnız bir neçə dəfə alıb dadının olmadığını görüb başa düşə bilər. Başı çıxan adam görə bilər ki, xarici heyvanın qabırğasının qatlanmağı yerli heyvandakı kimi deyil. Ətin rəngi az da olsa fərqlənir. Yağlılığı da yerli heyvanlarımızdakı kimi deyil. Amma müştəri təcrübəsi olmadan bunu bilmək olmur. Diri halda fərqləndirmək daha asandır. Heyvan əgər çox kökdürsə, deməli, Rusiyadan gətirilib. Həmçinin quzuların quyruqları, başları yerli heyvandan fərqli olur. Məsələn, Gürcüstan qoyunlarının demək olar quyruğu olmur, çox balacadır. Amma bizim yerli heyvanlar quyruqludur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1026   Tarix: 01 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 2-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir

1 yanvar
.

"Kovan" restoranında müştəriləri belə aldadır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 19 ünvanında fiziki şəxs Məğrur İsa oğlu Hüseynova məxsus "Kovan" ictimai iaşə müəssisəsində yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovati

30 dekabr 2025
.

Əməkdar artistin istəyi gerçəkləşdi: Biləcəridə xüsusi aptek açıldı

Növbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata alan Əməkdar artist Rəhman Rəhmanovun istəyi yerinə yetirilib. Aktyor Qaynarinfo-ya açıqlamasında Biləcəridə şəkər xəstələri üçün aptek açıldığını bildirib:. "Biləcərinin mərkəzində aptek istifadəyə verilib. Biləcəridə yaşaya

30 dekabr 2025
.

Azərbaycanda qaz və elektrik enerjisinə görə aylıq sabit tarif BİR MANAT olacaq

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib. xəbər verir ki, bununla bağlı Tarif (qiymət) Şurası qərar qəbul edib. Bildirilib ki, "Elektroenergetika haqqında" və 2026-cı il yanvarın 1-dən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən

30 dekabr 2025
.

Şahnaz Haşımova əməliyyatdan sonra ilk dəfə - Foto

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova bir müddət əvvəl xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Axşam.az-ın məlumatına görə, müğənni aylar sonra ilk dəfə görüntülənib. Onun yeni fotosunu Əməkdar artist Gülüstan Əliyeva yayımlayıb. Ş.Haşımova keçirilən konsert proqramlarından birind

30 dekabr 2025
.

Sabah Bakıda atəşfəşanlıq olacaq

Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək. -ın Report-a istinadən məlumatına görə, atəşfəşanlıq Dənizkənarı Milli Parkda baş tutacaq. Şəhər sakinləri və qonaqlar atəşfəşanlığı dekabr 31-i saat 00:00-da sözügedən ərazidən sey

30 dekabr 2025
.

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtima

31 dekabr 2025
.

FHN-dən əhaliyə təkrar - Xəbərdarlıq

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması

31 dekabr 2025
.

DİN-dən bayram günləri ilə bağlı - Çağırış+Video

Daxili İşlər Nazirliyi bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib. xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir

31 dekabr 2025