Bütün ailə üçün ən faydalı balıq NÖVÜ
Qızılbalıq uzun müddət ən faydalı balıqlardan biri hesab olunurdu, lakin onun daha ucuz analoqu Atlantik skumbriya daha yaxşı seçim ola bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, qızılbalıqdan daha faydalı balıq var.
Dietoloq Bartoş Kulçinski bildirir ki, qida dəyərinə görə skumbriya yalnız qızılbalığa bərabər deyil, hətta ondan üstündür. Üstəlik, bu balıq daha əlçatandır. Mütəxəssislər daim balığın daha tez-tez süfrələrimizdə olmasını tövsiyə edirlər.
O, sağlamlıq üçün vacib olan qida maddələrinin mənbəyidir. Lakin bir çox istehlakçılar yüksək qiymətlərə görə onu müntəzəm yeməkdən imtina edirlər. Bəzi balıq növləri həqiqətən bahalı ola bilər, lakin bazarda keyfiyyət baxımından da yaxşı olan daha ucuz alternativlər mövcuddur. Buna nümunə Atlantik skumbriyadır.
Skumbriya və qızılbalıq – ekspert nə deyir?
Kulçinskinin sözlərinə görə, Atlantik skumbriya sağlam balıq seçimi baxımından ən yaxşı variantdır. O, videolarının birində bildirib ki, skumbriya qızılbalıqla müqayisədə omega-3 yağ turşuları baxımından daha üstündür. Atlantik skumbriyada omega-3 turşuları qızılbalıqdan 40 faiz çoxdur.
100 qram skumbriyada 3000-4000 milliqram omega-3 turşusu var, halbuki qızılbalıqda bu göstərici təxminən 2000 milliqramddır. Omega-3 yağ turşuları skumbriyanın yeganə üstünlüyü deyil. Bu balıq həmçinin qalxanabənzər vəzin düzgün fəaliyyəti üçün vacib olan selenlə və B qrupu vitaminləri, o cümlədən B12 və B3 ilə zəngindir.
Skumbriyanı necə bişirmək daha yaxşıdır?
Skumbriyanı digər balıqlar kimi müxtəlif üsullarla bişirmək olar. Lakin diyetoloq qızartmadan çəkinməyi tövsiyə edir, çünki bu üsul təkcə yeməyin kalori dəyərini artırmır, həm də bir sıra qida maddələrini məhv edir. Ən yaxşı üsul – balığı sobada bişirməkdir, bu üsul balığın şəfalı xüsusiyyətlərini qoruyur.
Kulçinski həmçinin qızardılmış (hisə verilmiş) skumbriyanın dadlı və əlçatan olduğunu vurğulayır – onu əksər mağazalarda tapmaq mümkündür. Atlantik skumbriya sübut edir ki, sağlam qidalanma mütləq baha başa gəlməməlidir. Omega-3 yağ turşuları, selen və B qrupu vitaminlərinin yüksək miqdarı onu qızılbalığa dəyərli alternativ edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrDərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ
Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ
23 oktyabr