"Haribo"nun tərkibində narkotik var? - Məhsullar geri çağırılır
Niderlandda bir ailənin bir neçə üzvü 1 kiloqramlıq "Haribo Happy Cola F!ZZ" marmeladlarını yedikdən sonra özlərini pis hiss etdikləri üçün həkimə müraciət ediblər.
"Qafqazinfo" xəbər verir ki, bu haqda Niderlandın Qida Təhlükəsizliyi Təşkilatının rəsmisi (NVWA) məlumat verib.
Onun sözlərinə görə, bu hal təkcə həmin ailədə deyil başqalarında da müşahidə edilib.
Onlarda əsasən başgicəllənmə və halüsünasiya şikayətləri olub.
Məhz bundan sonra qidadan nümunələr götürülüb və onun sirri tapılıb.
Araşdırmanın nəticəsi kimi, məhsulun 3 qablaşdırılmasında narkotik tərkibli maddə olması öz təsdiqini tapıb.
Məsələ ilə bağlı "Haribo" bildirib ki, ehtiyat tədbiri olaraq Niderlanddakı bütün məhsullarını geri çağırıb.
Belçika Qida Agentliyinin sözçüsü Lizbet Van de Vorde isə "Euronews"a bildirib ki, "Haribo" bunu ehtiyat tədbiri kimi Belçikada da həyata keçirib.
O qeyd edib ki, indiyə qədər Belçikada şirniyyatları yedikdən sonra insanların pisləşməsi ilə bağlı heç bir məlumat daxil olmayıb:
"Biz bu məqsədlə istehlakçılar üçün qaynar xətt yaratmışıq və Belçikada problemlə bağlı heç bir xəbər almamışıq.
Bununla belə, insanlara geri çağırılan şirniyyatları yeməmək, istehlak halında dərhal həkimə müraciət etmək tövsiyə olunur".
Qeyd edək ki, sözügedən məhsul Azərbaycanda da istehlakçılar tərəfindən çox sevilir. "Haribo"nun bütün növləri uşaqdan böyüyə hər kəsə məlumdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 851 Tarix: 03 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabr