"Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir" - DEPUTAT

"Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir" - DEPUTAT"Cənab prezident İlham Əliyev İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışında Azərbaycanın enerji sahəsində qazandığı tarixi nailiyyətlərlə barədə geniş məlumat verdi".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilib:

"Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar "Əsrin müqaviləsi" adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.Bu sazişin imzalanması ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan uğurlu siyasətinin sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.

Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Bir sözlə biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq.
Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bu gün biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır".

Deputat söyləyib ki, bu gün ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik:

"Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir.Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.
Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir. Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır.
Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək;

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Yaşıl enerji potensialımız sayəsində Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcək. Təlabatımızı əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.

Deputat vurğulayıb ki, 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir:

"Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir. Ötən il "Bakı Enerji Həftəsi" çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır. Yəni, biz bu yol ilə irəliləyirik. COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik.

Onun "Bakı sıçrayışı" adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi.

Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdi.COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 414   Tarix: 03 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN-dən bayram günləri ilə bağlı - Çağırış+Video

Daxili İşlər Nazirliyi bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib. xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir

31 dekabr 2025
.

Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb. Bu barədə -a Xalq şairinin köməkçisi Arif Mehmandost açıqlama verib. Onun sözlərinə görə, N.Həsənzadə müalicəsini ev şəraitində davam etdirəcək:. "Həkim bildirib ki, vəziyyəti yaxşıdır və bayramı evdə keçirə bilər. Müalicəs

31 dekabr 2025
.

Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb. Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmlər

31 dekabr 2025
.

Azərbaycanda qaz və elektrik enerjisinə görə aylıq sabit tarif BİR MANAT olacaq

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib. xəbər verir ki, bununla bağlı Tarif (qiymət) Şurası qərar qəbul edib. Bildirilib ki, "Elektroenergetika haqqında" və 2026-cı il yanvarın 1-dən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən

30 dekabr 2025
.

Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək. Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plena

30 dekabr 2025
.

Turan Həsənovun meyiti Azərbaycana təhvil verildi

İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana verilib. APA-ya istinadən xəbər verir ki, 19.12.2025-ci il tarixdə Xəzər dənizinin İran ərazisində meyit tapılması barədə məlumat verilmişdi. Araşdırmalar zamanı məlum olub ki, meyit Astara rayonunun Şahağac kəndinin itkin düşmüş sakini

30 dekabr 2025
.

Əməkdar artistin istəyi gerçəkləşdi: Biləcəridə xüsusi aptek açıldı

Növbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata alan Əməkdar artist Rəhman Rəhmanovun istəyi yerinə yetirilib. Aktyor Qaynarinfo-ya açıqlamasında Biləcəridə şəkər xəstələri üçün aptek açıldığını bildirib:. "Biləcərinin mərkəzində aptek istifadəyə verilib. Biləcəridə yaşaya

30 dekabr 2025
.

Torpağı olub kənd təsərrüfatı ilə məşğul olanlar üçün sosial sığorta haqqı artdı - YENİ QAYDALAR

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə edən fiziki şəxslər bundan sonra sosial sığorta haqqını əvvəlkindən daha yüksək məbləğdə ödəyəcəklər. "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət digər sahələrdə rəsmi şəkildə işləməyən və məcburi dövlət sosial sığort

1 yanvar
.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq

Dekabrın 31-i, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul

31 dekabr 2025