26 yaşlı qız Bakının mərkəzində xuliqanlıq etdi - Həbs olundu
Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, paytaxt sakini F.Adıyev polisə müraciət edərək, 1999-cu il təvəllüdlü V.Nəcəfovanın (şərti soyadlı) "Dark Diamond" restoranının qarşısında onu yüksək səslə söydüyünü və əməllərinə davam etdiyini bildirib.
Hadisə yerinə yaxınlaşan polis əməkdaşı insidentin davam etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb.
Lakin F.Adıyev sakitləşsə də, həmin şəxs əməllərinə davam edib. Heç cür sakitləşməyən xanımı saxlamaq üçün isə əraziyə əlavə polis naryadı dəvət edilib. Müqavimət göstərən və maşını təpikləyən qız saxlanılaraq 26-cı Polis Şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib.
Daha sonra V.Nəcəfova Yasamal Rayon Məhkəməsinə aparılıb. Məhkəmədə təqsirləndirilən şəxs F.Adıyevlə küçədə arasında mübahisə yarandığını, müdafiə mövqeyi sərgilədiyini, əsəb gərginliyi və təşviş şəraitində reflektiv hərəkətlər etdiyini bildirərək özünü qismən təqsirli bilib.
Məhkəmə 26 yaşlı qızı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilib. Ona 4 sutka inzibati həbs verilib və müvəqqəti saxlanma yerinə yerləşdirilib.
Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl paytaxtın Nizami rayonundakı "Sherlock Music pub" restoranında da baş vermiş və həmin hadisəyə görə 38 yaşlı qadın 5 sutkalıq həbs olunmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 841 Tarix: 04 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı
Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl
22 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabr