"Milli brendlər nə qədər çox inkişaf etsə, bir o qədər xarici ölkələrə ixrac edə bilirik" - AÇIQLAMA
"Ölkəmizdə bu tip tədbirlərin keçirilməsi milli brendlərinin beynəlxalq bazarlarda tanınması və rəqabətədavamlı mövqe qazanması, ölkənin iqtisadi inkişafı və qeyri-neft sektorunun irəliləməsi üçün vacibdir".
Bunu Sonxeber.az -a Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov iyunun 3-də Marriott Hotel Boulevard-da keçirilən "Milli Brendlərin Pərakəndə Zirvəsi" tədbirində çıxışı zamanı deyib.
Ramin Şərifov qeyd edib ki, hər bir brendin arxasında sahibkarların zəhməti dayanır:
"Milli brendlər nə qədər çox inkişaf etsə, bir o qədər xarici ölkələrə ixrac edə bilirik. Bu da yerli istehsalın tanınmasında çox böyük rol oynayır. Tədbirdə həm də milli brendlərin xaricə - yəni dövlət sərhədlərindən kənar satışlarının necə edilməsi barədə də danışdıq.
Hazırda Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri olaraq biz öz komandamızla ixrac platforması yaradırıq. Çalışırıq ki, milli brendlərimizin xarici ölkələrdə yetərincə təmsil olunmasına, oradakı satışlarının həyata keçirilməsinə töhfə verək. Bu gün bizim milli brendlərimiz Avropaya və ərəb ölkələrinə ixrac edilir. Bu da bizi çox sevindirir. Milli brendlərimiz hər nə qədər xarici bazarda yer tutsa, bir o qədər Azərbaycanın biznes tanıtımı yüksək olacaq və bizim milli adət-ənənələrimiz, dövlətimiz haqqında informasiyalar daha çox yayılacaq. Ona görə də biz hazırda yerli kiçik və orta biznes sahibkarlarının öz brendlərini xarici bazarlarda tanıtmasına dəstək üçün bu platformanı yaradırıq. Ətrafımızdakı sahibkarlarla məsləhətləşirik, bu istiqamətdə dövlət qurumları ilə əməkdaşlıq edirik. Milli brendlərin uğur qazanması üçün dövlət təşviq mexanizmləri ilə yanaşı, sahibkarların öz məhsul və xidmətlərini qlobal standartlara uyğunlaşdırması vacibdir. Əminəm ki, zəhmətimiz öz müsbət nəticəsi ilə izi sevindirəcək".
Çiçək Sadatova

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Tacir Şahmalıoğlu əməliyyat olundu