Toya gedən şəxs döyüləndən 9 gün sonra ölüb - Video
Cəlilabad rayonu Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülərək öldürülüb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib.
Məlumata görə, mərhum həmkəndliləri ilə birgə məclisdə spirtli içki qəbul edib. Daha sonra naməlum səbəbdən həmkəndlilər arasında mübahisə düşüb. Nəticədə o, 2 qardaş tərəfindən döyülüb.
Q.Yusubovun bacısı Allahyarova bildirib ki, qardaşı toyda olarkən çölə çıxıb və orada mübahisə edib: "Qardaşımı onlardan biri başı ilə vurub, yıxılıb yerə. Yıxılandan sonra qardaşımın başını yerə çırpıb. Sonra o biri oğlan daşı götürüb qardaşımın başına vurmaq istəyəndə əlindən alıblar. Gördüm ki, qardaşım yaman gündədir. Üzü-gözü şiş idi, görmürdü. Dedim xəstəxanadan çıxma, həkim nəzarətində qal".
Mayın 28-də döyülən şəxs əraziyə yaxın olan Masallı Rayon Xəstəxanasına çatdırılıb. Ağır bədən xəsarətləri alan şəxs sonradan müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gündən sonra vəziyyəti pisləşib və iyunun 5-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Qənbər Yusubov xəstəxanada ölüb.
Hadisədən sonra Cəlilabad Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyatla rayonun Həziabad kənd sakini 22 yaşlı Babək Şahmarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Baş vermiş hadisə ilə bağlı istintaq davam etdirilir.
Daha ətraflı REAL TV-nin hazırladığı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1938 Tarix: 06 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrBakıda bu məktəblər distant təhsilə keçdi
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək
22 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabr