Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"Estetik cərrahiyyə sahəsində baş verən qalmaqallar davam edir. Bu günə qədər yüzlərlə qadın qeyri-peşəkar kosmetoloq və həkimlərin həyata keçirdiyi prosedurların qurbanı olub. Prosedurların düzgün icra edilməməsi, qeyri-peşəkarlıq və digər səbəblər nəticəsində zərərçəkənlərin bədənində çürümə və irinləmə halları müşahidə olunur.

Adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri olan "Laser Beauty Klinikası"nın estetik kosmetoloqu Rəna Soltanova ilə bağlı demək olar ki, hər gün yeni məlumatlar yayılır. Onun prosedurlarının qurbanı olmuş şəxslər davamlı olaraq açıqlamalar verir, ittihamlar səsləndirirlər.

Rəna Soltanovanın zərər vurduğu şəxslərdən biri də turizm sahəsində çalışan Nərmin İsmayılova adlı xanımdır. O, burun dolğusu proseduru üçün Rəna Soltanovaya müraciət edib. Lakin prosedur nəticəsində ciddi fəsadlarla üzləşib və səhhətində yaranan problemləri aradan qaldırmaq üçün uzun müddət müalicə almalı olub. Bu müddət ərzində həm işindən olub, həm də böyük maliyyə itkisi ilə qarşılaşıb.

Nərmin xanım başına gələnləri Qaynarinfo-ya danışıb:

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim""Ötən ilin 19 noyabr tarixində Rəna Soltanovaya müraciət etmişdim. Bu, üçüncü dəfə burun dolğusu proseduru idi, əvvəlkiləri də o etmişdi. İlk iki prosedurdan sonra problem yaşamamışdım. Amma sonuncuda fəsad baş verdi. Dolğu vurulan anda göyərmə yarandı. Evə getdim və sonradan bu barədə Rəna Soltanovaya məlumat verdim. "Problem deyil, belə hallar olur", dedi. Ertəsi gün köməkçilərinə vəziyyətin görüntüsünü göndərdim, "heç bir problem olmayacaq" cavabını verdilər. Ancaq dörd gün sonra burnum qaralmağa başladı və içindən ağ prişiklər çıxdı. Bu zaman mənə dedilər ki, təcili xəstəxanaya gedim. İlk günlərdə isə problemin olmadığını deyirdilər. Halbuki, bunu adi bir insan belə görə bilərdi ki, ciddi problem var - nekroz başlayıb. Bunu bir mütəxəssis olaraq Rəna Soltanova bilməli idi.

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"Sonra dedi ki, "mən xaricə uçuram, qızların yanına get". Yanında işləyən 3-4 qız var, onların yanına getdim, kömək edə bilmədilər. Bu müddət ərzində 5 ay işləyə bilmədim və işimi itirdim. Ondan təzminat tələb etmədim, amma heç olmasa deyə bilərdi ki, mənə görə bu vəziyyətə düşmüsən, nəsə kömək edim. Əvəzində məni başqasının yanına göndərdi. Safura xanım vardı, qaş və tatu silir - onun da əziyyəti oldu, amma bu, onun sahəsi deyildi. Özüm Dilqəm Məhərrəmovun yanına getdim. O dedi ki, "sənin burnun çürüyür, bunun qarşısını almaq üçün antibiotiklər, dərmanlar olunurmu?" Cavab verdim ki, "heç nə olunmur". O da telefonu götürüb çölə çıxdı, Rəna Soltanova və ya köməkçisi ilə danışdı. Sonra özü mənə resept yazdı və Fidan xanıma zəng edib dedi ki, "təcili şəkildə bu müalicə başlanmalıdır, əks halda burun tamamilə itə bilər". Bu reseptlə müalicə başladı. Demək olar ki, 7 ay süründüm, çox əziyyət çəkdim. Gördüm nəticə yoxdur, insanlarla ünsiyyət qura bilmirəm, vəziyyətim düzəlmir. Rəna Soltanovanın özünə də dedim ki, "siz də qadınsız, bu vəziyyətdə cəmiyyət içinə çıxa bilərsiz?" Cavab verdi ki, "sən danışığını bilmirsən". Bu qədər hadisədən sonra heç nə təklif etmədi. Bütün xərcləri özüm qarşıladım - aparatılara getdim, dərmanlar, vitaminlər vuruldu. Nə qədər pul xərclədiyimi dəqiq bilmirəm, amma əsas məsələ pul deyil. Mənəvi zərbə və göstərilən laqeydlik daha ağırdır. Həm zərər çək, həm də işindən ol. Ən ağrılı məqam budur".

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"Nərmin xanım bildirib ki, Rəna Soltanova ilə bağlı heç yerə şikayət etməyib:

"Heç yerə şikayət etməmişəm. Amma bu qədər laqeydlik göstərdi, heç bir məsuliyyət hiss etmədi. Mənə lazım deyil ki, həftədə bir dəfə mesaj yazıb "necəsən" deyə soruşsun. Əsas məsələ məsuliyyətini dərk etmək və yaranmış ziyanı aradan qaldırmaq idi. Amma heç nə etmədi. Turizm sahəsində çalışıram, yaxşı maaşım var. Amma azı 5 ay işsiz qaldım, külli miqdarda maddi zərər gördüm".

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"Nərmin xanım həmçinin Rəna Soltanovanın daha bir qeyri-qanuni davranışını da açıqlayıb:

"Burnuma iynə vurdu və dərmanın yarısını soyuducuya qoydu. 3-4 həftə sonra yenidən yanına getdim. Soyuducuda saxladığı yarımçıq preparatı mənə yenidən vurmaq istədi. Dedim ki, "onsuz da burnum zədəlidir, bunu niyə vurursan? Başqasını istifadə et". Dedi ki, "sən bilmirsən, biz preparatları soyuducuda saxlayıb sonra istifadə edirik, problem olmur". Flakonun üzərində adımın yazıldığını görmədim, amma preparat da yarımçıq idi. Vurmağa icazə vermədim, yeni iynə açdırdım".

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Laser Beauty Estetik Klinikası"nda aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Bundan əlavə, klinikanın lisenziyasız fəaliyyət göstərməsi və qeyri-peşəkar işçilərin tibbi prosedurlar həyata keçirməsi kimi ciddi qanun pozuntuları da müəyyən edilib. Bu hallar nəticəsində klinikanın fəaliyyəti dayandırılıb.

Mövcud vəziyyət bir daha sübut edir ki, estetik sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlığı və tibbi səlahiyyətləri ciddi şəkildə yoxlanmalı, insanların sağlamlığına cavabdeh olan bu sahədə nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Həm pasiyentlərin hüquqları, həm də cəmiyyətin ümumi sağlamlığı naminə bu məsələ diqqətlə izlənilməli və cavabdehlik mexanizmləri daha təsirli şəkildə tətbiq olunmalıdır.

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3285   Tarix: 09 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr