Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq? (VİDEO)
Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evlərin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikilənlərdir.
Bu problemin qarşısını almaq məqsədilə bir il əvvəl "əmlak amnistiyası" tətbiq olunacağı deyilmişdi.
Ekspert bildirir ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Elnur Fərzəliyev deyir ki, sənədsiz evlərin sayının çox olması əmlak bazarında süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda burada digər ciddi problemlər də var.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Qurumdan ''Xəzər Xəbər''ə bildirilib ki, "Daşınmaz əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı yoxdur. Belə ki, sistemin yaradılmasında məqsəd "Daşınmaz əmlakın dövlət reyestri haqqında" sənədlərin bu sistemə daxil edilməsi və həmin sənədlərdən istifadə edilməsidir. Onu da əlavə etdilər ki, bu sistem sənədsiz evlərin deyil, hüquqmüəyyənedici sənədlərin olduğu daşınmaz əmlakların qeydiyyatı prosesinin tam elektronlaşdırılmasını həyata keçirəcəkdir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1113 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabr18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı
Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl
22 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabr