Yeni uşaq dünyaya gətirən anaların kredit borcları silinəcək? AÇIQLAMA
Türkiyədə yeni uşaq dünyaya gətirən anaların kredit borclarının silinməsi barədə qanun qəbul edilməsi üçün müzakirələr aparılır.
Bəs görəsən Azərbaycanda da eyni addım atıla bilərmi?
Sosioloq Lalə Mehralı mövzu barədə Sonxeber.az -a açıqlama verib:
"Bu, əslində hər ölkənin özünəməxsus stimullaşdırma üsuludur. Çoxuşaqlılığı təbliğ etmək üçün hər ölkə özünə ən uyğun variantı seçir və onu tətbiq edir. Bəzi ölkələr hər uşağa görə ailələrə müəyyən vəsait, bəziləri valideyinlərə status, bəziləri isə ev və ya torpaq verir. Qısaca, hər ölkə öz mövcud iqtisadi vəziyyətinə uyğun davranır. Türkiyədə də çoxuşaqlılığın təbliği üçün ölkəyə ən uyğun variant düşünüləcək. Hər halda bunun müəyyən bir limiti də olacaq. Məsələn külli miqdarda borca girib sonra uşaq dünyaya gətirmək və həmin borcu sildirmək niyyətində olan fırıldaqçılardan qorunmaq üçün yəqin ki, bəlli bir mexanizim işlənəcək. Yəni, bu qayda hansı hallarda kimlərə şamil olunacaq, kimlər yararlana biləcək və.s kimi məsələlər tənzimlənəcək. Ümumilikdə isə bu addım çoxuşaqlılığın təbliği üçün təqdirəlaiqdir. Ola bilər ki, Azərbaycan üçün də bu üsul əlverişli ola və ya olmaya da bilər. Bu, tamamilə ölkənin iqtisadi vəziyyətindən asılıdır. Lakin, buna bənzər varinatlar həyata keçirilə bilər. Məsələn uşaq dünyaya gətirən ailələrə evlər verilə bilər. Biz bilirik ki, Qarabağa qayıdan vətəndaşlar üçün Bakıda şəhərciklərdə tikilən evlər hazırda boşdur. Dövlət həmin evləri yeni uşaq dünyaya gətirən ailələrə verə bilər. Yəni, oxşar variantlar ölkəmizin daxili potensialına görə tətbiq edilə bilər və bu, istənilən halda müsbət nəticə verəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4131 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr