Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi layihənin icrasına başladı
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi "Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi" adlı layihəsinin icrasına başladı. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə valideynlərə, həmçinin nikah yaşına çatmayan qız və oğlanlara erkən nikahın fəsadları barədə məlumat vermək, o cümlədən qız uşaqlarının təhsildən uzaqlaşdırılmasının, ailə məsuliyyətini dərk etməyən cütlüyün belə bir yükə məhkum edilməsinin, belə ailələrin uğursuz olmasının, xüsusilə qızların ağır bioloji və psixoloji travma almalarını diqqətə çatdırmaq, həmçinin dövlətin müvafiq strukturlarının bu istiqamətdə apardığı işlərə dəstək göstərməkdir.
Layihə müddətində məqsədəuyğun olaraq, regionlarda maarifləndirici dəyirmi masaların və konfransın təşkil edilməsi, dəyirmi masalarda və konfransda dövlət qurumlarının nümayəndələrinin, mütəxəssislərin, vətəndaşların, həmçinin bu və ya digər şəkildə erkən nikaha məruz qalan şəxslərin iştirakı ilə müzakirələr aparılması nəzərdə tutulur. Bundan başqa erkən nikaha məcbur edilən qızların başına gələn hadisələrin (üzləri görünməmək şərtilə) öz dillərindən videoçarx şəkilində hazırlanıb yayımlanması, ölkədə tanınan şəxslərdən erkən nikah və onun fəsadları mövzusunda müsahibələr alınması və həmin müsahibələrin sosial şəbəkələrdə yayımlanması, Peşə liseylərinə məktəbli qızların, həmçinin valideynlərin səfərinin təşkil edilməsi kimi fəaliyyətlər nəzərdə tutulub.
Layihə 3 ay müddətində həyata keçiriləcəkdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 501 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr