Ramiz Alıyev: "Azərbaycan xalqına qarşı psixoloji terror dalğası əsdirən "bloggerlər" məhkəmə qarşısında cavab verəcəklər"

Ramiz Alıyev: "Azərbaycan xalqına qarşı psixoloji terror dalğası əsdirən "bloggerlər" məhkəmə qarşısında cavab verəcəklər""Bu gün Azərbaycan polisi dövləti və dövlətçiliyi müdafiə etdiyi, xalqa sədaqətlə xidmət göstərdiyi, ölkəmizi yad ünsürlərdən qoruduğu və onların məkirli niyyətlərinin həyata keçirilməsinə imkan vermədiyi üçün hədəfə çevrilib. Erməni lobbisinin sifarişi ilə fəaliyyət göstərən xarici və daxili düşmənlər, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları tərəfindən bu gün Azərbaycanın hüquq mühafizə orqanları, xüsusilə də polisə qarşı qarayaxma kampaniyası aparılır. Həmin dairələrin, lobbilərin buradakı əlaltıları, sifariş yerinə yetirən bir qrup blogger və radikal müxalifət nümayəndələri çirkin kampaniyada xüsusi aktivlik göstərirlər".

Bunu saytımıza açıqlamasında "İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı"nın sədri Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, dövlət və xalqımıza qarşı gözdənsalma, şantaj və terror siyasəti aparan xarici və daxili qüvvələr bu gün Azərbaycan polisinin ciddi müqaviməti və qətiyyəti qarşısında acizlik nümayiş etdirirlər: "Xaricdən yönələn bütün təhlükələrin qarşısı hüquq mühafizə orqanları tərəfindən vaxtında və lazımi səviyyədə alınıbdır. Güc strukturlarının müqavimətini qıra bilməyən xarici xüsusi xidmət orqanları bizə düşmən mövqedə olan ölkələrin siyasi təsisatlarının və erməni lobbisinin də imkanlarından istifadə edərək dövlətimizə və onu müdafiə edən qüvvələrə qarşı vahid çirkin mövqedən çıxış edir, davamlı siyasət yürüdürlər. Sosial şəbəkələr üzərindən Azərbaycan polisinə qarşı terror aksiyası həyata keçirirlər. Bloggerlik adı ilə fəaliyyət göstərən, əslində isə xarici xüsusi xidmət orqanlarının və erməni lobbisinin maliyyəsi ilə hərəkət edən bu şəxslər Azərbaycan polisinə qarşı düşmən kəsiliblər. Onlar mütəşəkkil şəkildə hüquq mühafizə orqanlarına hücum edir, ən çirkin üsullardan istifadə edərək onları gözdən salmağa çalışırlar. Belələri ictimai fikri öz maraqları naminə dəyişmək üçün müxtəlif yollara əl atırlar".

Dünyanın bütün ölkələrində hər gün cinayət hadisələrinin baş verdiyini qeyd edən R.Alıyev bildirdi ki, Azərbaycan da dünyanın bir parçası olduğu üçün kriminal olaylardan sığortalanmayıb: "Bu gün elə bir dövlət yoxdur ki, orada cinayət törədilməsin. Əsas məsələ odur ki, kriminogen durum hüquq mühafizə orqanlarının nəzarəti altında olsun, cinayətkarların məsuliyyətə cəlb olunması üçün iradə nümayiş etdirilsin. Bütün dünyada, hətta bəlli bir demokratiya və dövlətçilik tarixi, ənənəsi olan ölkələrə Azərbaycan polisi nümunə göstərilir. Bu gün Azərbaycanın sabitlik adası, Bakının isə ən təhlükəsiz şəhər kimi tanınmasının əsas səbəbkarı hüquq mühafizə orqanlarının peşəkar fəaliyyətidir. Bu da müəyyən xarici və daxili ünsürləri ciddi şəkildə narahat edir. Ölkəmizdə əmin-amanlığın olması, polis-vətəndaş birliyi onları qıcıqlandırır. Odur ki, fürsət düşdükcə ən xırda məsələləri şişirdərək polisə qarşı ictimai inamsızlıq yaratmaq istəyirlər. Sosal şəbəkələrdə Azərbaycan polisini gözdən salmaq üçün hər cür vasitəyə əl atan, psixoloji terror həyata keçirən "bloggerlər" dövlət-xalq birliyinə olan güvəni sarsıtmaq məqsədi güdürlər. Onlar Azərbaycana düşmən olan xarici ölkələrin xüsusi xidmət orqanları, erməni lobbisi və beynəlxalq təşkilatlar tərəfindən idarə olunurlar. Azərbaycanı təhlükəsiz və inkişaf edən, firəvan, azad görmək istəyən hər bir vətəndaş psixoloji terrorla məşğul olan "bloggerlər"ə qarşı çıxmalı, öz etirazlarını bildirməlidirlər. İmkan vermək olmaz ki, onlar eybəcər əməllərini davam etdirsinlər. Hüquq mühafizə orqanları da öz növbəsində dövlətçiliyə qarşı fəaliyyət göstərən, cəmiyyətdə terror dalğası əsdirən "bloggerlərin" məsuliyyətə cəlb olunması üçün gərəkən addımları atmaqdadırlar. Əminliklə deyə bilərəm ki, həmin şəxslər həbs edilərək Azərbaycana gətiriləcək və məhkəmə qarşısında cavab verəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 970   Tarix: 10 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

21 sentyabr
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr