Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq

Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaqMüddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.

Beləliklə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əlavə ediləcək yeni - 30.4-1-ci maddəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanacaq.

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanuna təklif edilən yeni - 48-1-ci maddəyə əsasən, "Kursant" hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər "kursant" hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirəcəklər.

"Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında" qanuna kursantın vəzifələri ilə əlaqədar 139-1-139-4-cü maddələr təklif edilir. Layihəyə əsasən, kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdehdir. O, bilavasitə rəisinə tabedir.

Kursantın vəzifələrinə aşağıdakılar daxil olacaq:

- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;

- hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;

- təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

- öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

- hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;

- üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

- komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

- igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

- silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

- dövlət sirrini qorumaq;

- komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

- dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;

- hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;

- şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;

- silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;

- dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

- ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;

- böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.

Normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilməməlidir. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilir. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər.

Layihəyə görə, kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılırlar. Kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. 4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının yuxarıda qeyd edilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. Kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən buraxılması və geri qayıtması bu Nizamnamə ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

"Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında" qanuna əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına aşağıdakı həvəsləndirmələr tətbiq ediləcək:

- təşəkkür elan etmək;

- əvvəl verilmiş intizam cəzasını götürmək;

- fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;

- hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;

- hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;

- əlaçı döş nişanı ilə mükafatlandırmaq;

- adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri), kursantlar barədə qeyd olunan həvəsləndirmə tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malik olacaqlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara təşəkkür elan etmək və əvvəl verilmiş intizam cəzasını götürmək həvəsləndirmələri tətbiq etmək hüququna malik olacaqlar.

Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan kursantlar da təltif ediləcəklər.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları təhsilini başa vurduqda hissənin (gəminin) Fəxri kitabına adları yazılmaqla həvəsləndirilə bilər.

Kursantlara məzəmmət, töhmət, şiddətli töhmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənara növbəti buraxılmadan məhrumetmə (qadın hərbi qulluqçuları istisna olmaqla) və əlaçı döş nişanından məhrum etmə cəzası verilə biləcək.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara məzəmmət və töhmət intizam cəzalarını tətbiq etmək hüququna malik olacaqlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri)isə kursantlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malik olacaqlar.

Xidmət vərəqələri kursantlar üçün bölükdə doldurulacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 792   Tarix: 10 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımovdan əl çəkin!

Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir

21 sentyabr
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr