700 bal topladı, şəhid oldu – Müşfiq Orucovun yarımçıq qalan arzusu
Ötən gün saytımızda "Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?" başlıqlı araşdırma yayımlanıb.
Ölkə.Az xəbər verir ki, istinad materialında 700 bal toplayanların siyahısında aprel şəhidi Müşfiq Oucovun adının yer almaması onun yaxınlarının diqqətini çəkib.
Bununla bağlı M.Orucovun ailə üzvləri saytımıza müraciət edib.
Ölkə.Az xatırladır ki, Müşfiq Orucov 1994-cü il sentyabrın 18-də Bakıda doğulub. 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Məktəbi "əla" qiymətlərlə başa vuran Müşfiq 700 balla Azərbaycan Texniki Universitetinin Avtomatika və kompüter texnikası fakültəsinə qəbul olunub.
O, Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. Havalar isinəndə isə axşam saat 19.00-dan səhər 7-yə qədər dondurma sexində çalışırmış.
Şəhid anası bildirir ki, Müşfiq Orucov uşaqlıqdan savadı, tərbiyəsi ilə öz yaşıdlarından seçilib.
Müşfiq bakalavr pilləsini də "əla" qiymətlərlə başa vurub. Anası oğlunun magistraturaya qəbul olunmasını istəsə də, Müşfiq buna razı olmayıb. O, bildirib ki, əgər magistraturaya qəbul olunsa, əsgərliyə gedə bilməyəcək.
O, anasına söz verib ki, hərbi xidmətdən qayıtdıqdan sonra magistratura üçün imtahan verəcək.
Müşfiq Orucovun ailəsinə sonuncu zəngi 2016-cı il mart ayının 27-də gəlib. Anası ilə danışanda Aygün xanım oğlunun harasa getdiyini hiss eləsə də, Müşfiq həqiqəti gizlədib və poliqona gediklərini deyib.
Ana oğlundan ordakı vəziyyəti soruşanda sakitlik olduğunu bildirib.
Aprelin 1-də gecə həyəcan siqnalı verilib, əsgərləri səfərbər ediliblər. Aprel ayının 2-si Tərtərin Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə Müşfiq də iştirak edib. Aprelin 3-də isə şəhid olub. Ayın 4-ü artıq atəşkəs elan olunub.
Elə həmin gün Orucovlar ailəsinə Müşfiqin şəhid olması xəbəri verilib.
Ailəsi Müşfiqlə sadəcə telefon əlaqəsi saxlayıb. Müşfiq solaxay olduğuna görə, yazı yazmağa həmişə ərinib, bu üzdən də məktub yazmırmış.
Ailəsi deyir ki, Müşfiqin piano təhsili də olub.
Məcburi köçkün kimi yataqxanada yaşadıqlarına görə Müşfiqin ən böyük arzusu yaxşı işdə işləyib ailəsi üçün ev almaq olsa da, bu arzusu yarımçıq qalıb.
Allah rəhmət eləsin!





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı