"Gül kimi, tərtəmiz qızam"
Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Kürdəxanı təcridxanasından məhkəmə zalına gətirilən xanım müttəhim həbsdə saxlanılmasına etiraz edib.
Özünü təqsirli bilməyən İ.Elşadqızı hesab edir ki, azadlıqda olması cəmiyyət üçün daha faydalı olar:
"Bu gün müqəddəratım həll olunur. Əziyyət çəkib bu qədər əsərlər yazmışam. Mən sıradan bir adam deyiləm. Mən jurnalistəm, narkotik çəkən deyiləm. Tərtəmizəm, gül kimi də qızam".
Prosesin davamında evdə əməliyyat keçirən polislər şahid qismində ifadə veriblər. Onlar təqsirləndirilən şəxsin əsassız tutulmasını və başqa iddialarını təkzib ediblər:
"Daxil olmuş məlumat əsasında mənzilində əməliyyat keçirmişik. Evdə narkotik aşkar edilib, daha sonra şəxsi polis idarəsinə aparmışıq. Təqsirləndirilən şəxsin ona təzyiq edilməsi və ya evinə narkotik atılması ilə bağlı dedikləri hamısı şər-böhtandır".
Qeyd edək ki, İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı