TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı
İyunun 11-də "Baku Marriott Hotel Boulevard" otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında "Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu" mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin baş katibi Araz İmanov bildirib ki, pərakəndə ticarət şəbəkələri ölkə iqtisadiyyatının mühüm tərkib hissəsidir və bu sahənin strateji əhəmiyyəti günü-gündən artır. Onun sözlərinə görə, hazırda Azərbaycanda pərakəndə ticarət sahəsində şəbəkələrin bazar payı təxminən 30–32 faiz təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 90–95 faiz arasında dəyişir və bu, iqtisadi inkişafın əsas indikatorlarından biri sayılır.
Daha sonra çıxış edən layihə rəhbəri Məhəmmədəli Qəribli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də pərakəndə sektorun ölkə iqtisadiyyatındakı strateji rolunu vurğulayıblar. Onlar qeyd ediblər ki, bu sektor təkcə satış və xidmətlə məhdudlaşmır, eyni zamanda sahibkarlığın inkişafı, məşğulluğun artırılması, regionların sosial-iqtisadi dirçəlişi və yerli istehsalın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda o da bildirilib ki, bu kimi media müsabiqələri jurnalistlərin və ictimaiyyətin diqqətini pərakəndə ticarət sektorunun real potensialına yönəltmək, bu sahənin iqtisadi sistemdəki yerini daha dərindən analiz etmək və ictimaiyyətə obyektiv informasiya təqdim etmək baxımından xüsusi önəm daşıyır.
Tədbir zamanı mövzuya dair videoçarx da nümayiş etdirilib.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı