Azərbaycanlı gənc maksimum bal ilə TR-YÖS-ü fəth etdi
Əhəd Səmədzadə TR-YÖS-də (Türkiyə Yabancı Öğrenci Sınavı) tarixi uğur əldə edərək 500 bal (maksimum) toplayıb.
Belə ki, 2025-ci il TR-YÖS nəticələri açıqlanıb və builki imtahanın ən parlaq nəticələrindən biri Azərbaycandan gəlib.
Beynəlxalq Təhsil Mərkəzinin istedadlı və əzmkar şagirdi Əhəd Səmədzadə, maksimum nəticə olan 500 balı toplayaraq Türkiyə universitetlərinə qəbul üçün ən yüksək göstəriciyə imza atıb.
TR-YÖS dünyanın müxtəlif ölkələrindən minlərlə tələbənin qatıldığı, riyaziyyat və məntiq sahəsində yüksək səviyyəli bilik və düşüncə tələb edən beynəlxalq imtahandır. Bu nəticə isə yalnız bilik deyil, mükəmməl hazırlıq strategiyası, intizam və məqsədyönlülüyün bariz nümunəsidir.
Əhəd Səmədzadənin bu uğuru:
Onun akademik potensialının və zəhmətinin göstəricisi olmaqla yanaşı, Beynəlxalq Təhsil Mərkəzinin hazırlıq sisteminin effektivliyini də sübut edir.
Bu nəticə Əhədə, Türkiyənin ən nüfuzlu universitetlərindən tam təqaüdlə təhsil almaq imkanı qazandırmaqla yanaşı, Azərbaycan gənclərinin beynəlxalq təhsildə yüksələn nüfuzunun da rəmzinə çevrilir.
"Əhədin uğuru təsadüf deyil - bu, illərlə qurulan bir sistemin, güvənli təlimin və tələbəmizin yorulmaz əzminin nəticəsidir," - deyə Beynəlxalq Təhsil Mərkəzinin rəhbərliyi bildirib.
Biz Əhədi səmimi qəlbdən təbrik edir, ona təhsil həyatında daha böyük uğurlar və zirvələr arzulayırıq!
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı