"15 İyun – Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından əlamətdar bir gündür" - DEPUTAT

"15 İyun – Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından əlamətdar bir gündür" - DEPUTAT15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində əsas dönüm nöqtələrindən biri, tarixi dövlətçiliyimizin xilası və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından əlamətdar bir gündür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. Bütün həyatını xalqına, vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılmışdır.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə siyasi, iqtisadi və sosial sabitlik pozulmuşdu. 1992-1993-cü illərdə baş verən siyasi böhran, birinci Qarabağ müharibəsinin ağır gedişi, daxili çəkişmələr və dövlət idarəçiliyindəki səriştəsizlik ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdur. 1993-cü ilin iyun ayında baş verən Gəncə qiyamı isə vəziyyəti daha da gərginləşdirmişdi. 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.

Bu çətin və ziddiyyətli şəraitdə xalqın israrlı tələbi ilə o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət olundu. Heydər Əliyevin güclü nüfuzu, qətiyyətli siyasəti və Azərbaycan xalqının əzmi sayəsində bütün məkrli planların qarşısı alındı və haqsızlıqlara son qoyuldu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu və sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.

Ulu Öndərin rəhbərliyə qayıdışı ölkədə siyasi sabitliyin təmin olunmasında, iqtisadi islahatların başlanmasında və dövlətçiliyin möhkəmlənməsində əsas rol oynadı. Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və xalqın etimadı sayəsində ölkədə siyasi sabitlik tam bərpa olundu, və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Ölkəmizin xarici siyasət strategiyasının əsasını qoyan Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və nüfuz qazanmasına nail oldu. Ulu Öndər ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayaraq bildirmişdi ki, "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmət qazandı. Hakimiyyətdə olduğu dövrlərdə Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun bu arzusu 27 ildən sonra Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində reallaşdı. Xalqımızın 44 günlük "Vətən müharibəsi"ndə qazandığı möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının nəticəsidir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilərək dünya siyasi arenasında layiqli yer tutur.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 926   Tarix: 12 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr