Ən çox və az müharibə veteranı olan rayonlar - SİYAHI

Ən çox və az müharibə veteranı olan rayonlar - SİYAHIAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə aylıq 80 manat müavinət verilir. Bu barədə 15 aprel 2019-cu ildə Prezident İlham Əliyevin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında sərəncamında bildirilib. Sərəncam həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində iştirak edənlərə şamil olunub. Hazırda ölkə üzrə bu təqaüddən yararlanan 180 min 947 müharibə iştirakçısı var. Bu da o deməkdir ki, hər ay 14 milyon 475 min 760 manat pul müharibə iştirakçılarına sosial müavinət kimi verilir.

Sonxeber.az xəbər verir ki, Modern.az saytı müharibə iştirakçılarının ən çox hansı regionlardan olduğunu araşdırıb.

Döyüş əməliyyatlarında iştirak edənlərin böyük hissəsi paytaxtın üzərinə düşür. Belə ki, Bakı şəhəri üzrə 41 min 421 nəfər respublikanın bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxs kimi qeydiyyatdadır. Onların əksəriyyəti Xətai rayonunda yaşayır. Burada 5 min 297 veteran aylıq 80 manat müavinət alır. Bakı üzrə ən az göstərici isə Pirallahdadır. Bu ərazidə 349 döyüş iştirakçısı yaşayır.

Paytaxt üzrə digər göstəricilər

Binəqədi rayonu 5059
Xətai rayonu 5297
Xəzər rayonu 2687
Qaradağ rayonu 3495
Nərimanov rayonu 3369
Nəsimi rayonu 2953
Nizami rayonu 3027
Pirallahı rayonu 349
Sabunçu rayonu 4188
Səbail rayonu 2447
Suraxanı rayonu 4264
Yasamal rayonu 4286

Naxçıvan Muxtar Respublikası üzrə göstəricilər

Muxtar Respublikada ümumilikdə 5988 veteran yaşayır. Ən yüksək göstərici Naxçıvan şəhərində, ən az göstərici isə Sədərək rayonunda qeydə alınıb. Naxçıvan şəhərində aylıq 80 manat müavinət alan veteranların sayı 1208-dir, Sədərəkdə isə bu göstərici 341-dir.

Ölkə üzrə ən çox müharibə iştirakçısı olan rayonlar

Qazax-Tovuz iqtisadi rayonu
Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuzda ümumilikdə təqaüd təyin olunmuş veteranların sayı 19 min 460-dır. Rayonlar içərisində 4882 nəfərlə Qazax müharibə iştirakçısına görə liderdir, bölgə üzrə ən az göstərici isə 3113 nəfərlə Gədəbəydədir.

Qarabağ iqtisadi rayonu
Qarabağ bölgəsində ümumilikdə 18 min 440 nəfər müharibə iştirakçısı kimi qeydiyyata düşüb. Ağdamda müharibə iştirakçılarının ümumi sayı 4116 nəfər olmaqla ən çox göstəriciyə malikdir. Qarabağın digər rayonlarında isə göstəricilər aşağıdakı kimidir:

Ağcabədi rayonu 2830
Bərdə rayonu 3609
Füzuli rayonu 2760
Xocavənd rayonu 674
Şuşa rayonu 1103
Tərtər rayonu 2843
Xocalı rayonu 505

Ən az müharibə iştirakçısı olan iqtisadi rayonlar

Müharibədə iştirak etdiyi üçün təqaüd alan veteranlar ən az Dağlıq Şirvan iqtisadi rayonunda yaşayır. Burada ümumilikdə 4864 nəfər müharibədə iştirak edib. Bu bölgəyə daxil olan Ağsu rayonunda 1061, İsmayıllı rayonunda 1712, Qobustan rayonunda 604, Şamaxı rayonunda isə 1487 müharibə iştirakçısı var.

Şərqi Zəngəzur iqtisadi rayonunda da Birinci və İkinci Qarabağ müharibəsində iştirak edənlərin sayı digər regionlara nisbətən azdır. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonu üzrə ümumilikdə 6758 veteran var.

Digər iqtisadi rayonlar üzrə göstəricilər

Gəncə-Daşkəsən iqtisadi rayonu - 15354
Lənkəran-Astara iqtisadi rayonu - 9934
Mərkəzi Aran iqtisadi rayonu - 13 822
Mil-Muğan iqtisadi rayonu - 9240
Şəki-Zaqatala iqtisadi rayonu - 9161
Quba-Xaçmaz iqtisadi rayonu - 6860
Şirvan-Salyan iqtisadi rayonu - 9424


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1421   Tarix: 12 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr