"Qala Sığorta"dan şikayət: Ziyanı ödəmir
"Qala Sığorta" 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb, avtomobilinə dəyən ziyanı ödəmir.
Bu barədə Valyuta.az-a zərərçəkən İmişli sakini Əyyub Xaliq oğlu Yusifov bildirilib.
O bildirilib ki, ötən ilin oktyabr ayının 23-də səhər saatlarında İmişli rayon Qaralar dairəsində ona məxsus "Mercedes-Benz" E240 markalı 77. DO 348 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Nuriyev Vüqar Rəhman oğlunun idarə etdiyi "Qaz 5312" markalı 30 BL 494 dövlət nömrə nişanlı avtomobil ilə toqquşub.
Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Avtomobil qəzası isə qarşı tərəfin günahı səbəbindən baş verib. Bunu yol polisinin tərtib etdiyi akt da sübut edir. Belə ki, İmişli rayon Polis Şöbəsinin DYPB-də yol-nəqliyyat hadisəsi araşdırılıb və "Qaz 5312" markalı 30 BL 494 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Nuriyev Vüqar Rəhman oğlu barəsində İnzibati Xətalar Məcəllərinin 327.2 maddəsi ilə İXP6642859 saylı inzibati protokol tərtib olunub.
Avtomobilə dəymiş zərər üzrə "İmişli VAZ Təmir Stansiyası" MMC-də baxış keçirilib və şirkət tərəfindən avtomobilə dəyən zərərin 6010 manat olduğu müəyyən edilib.
Yol nəqliyyat hadisəsinə dair sənədlər 408957 nömrəli forma-4 elektron qaydada Qala Sığorta ASC-yə göndərilib. Sığorta şirkəti isə bununla razılaşmayıb avtomobilə dəyən zərərin 4500 manat olduğunu açıqlayıb. Bununla belə, sığorta şirkəti sonradan qərarını dəyişib və zərəri ödəməkdən də imtina edib. Bildirilib ki, qəzaya səbəbkar "Qaz 5312"-nin sürücüsü deyil, Əyyub Yusifovdur. Hətta yol polisinin qərarından İmişli rayon prokurorluğuna şikayət edib. Prokurorluq isə İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən "Qala Sığorta"nın şikayətini rədd edib.
İmişli sakini sığorta şirkətinin 7-8 aylıq süründürməçiliyindən sonra Mərkəzi Banka şikayət etməyə məcbuq qaldığını bildirilib. O qeyd edib ki, məsələ ilə bağlı may ayında AMB-yə şikayət ünvanlayıb. Tənzimləyici qurumdan məsələyə adekvat reaksiya veriləcəyini ümid edir.
Qeyd edək ki, qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 431 Tarix: 13 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabr