"Kəpəz" Hospitalında narkotik istifadəçisi üçün analizlər necə təyin olunur?
Xəbər verdiyimiz kimi müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş. O, bu barədə ATV-də yayımlanan "Bizimləsən" verilişində danışıb.
XALQ xəbər verir ki,müğənni efirdə əsassız yerə həbs edildiyini iddia edib. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev efirə qoşularaq Arzuxanım Həsənovanın narkotik ittihamı ilə həbs olunmasına aydınlıq gətirib. O, həmçinin müğəninin efirdə səsləndirdiyi iddiaları da əsassız adlandırıb:
"Polis kimisə əsassız saxlayıb fikrini səsləndirərkən diqqətli olmaq lazımdır. Çünki hər bir şəxs barəsində prosessual icraat uçota götürülür. Orada haqqında danışılan xanım narkotiklərin istifadəsi ilə bağlı Xətai rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Faktla bağlı müvafiq ekspertiza təyin olunub və onun qanında psixotrop maddə olan metamfetamin aşkar edilib.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, Arzuxanım Həsənova barəsində 15 sutkalıq inzibati tənbeh tədbiri onun ictiami mövqeyi və ailə vəziyyəti nəzərə alınmaqla 5 gün müddəti ilə əvəzlənib".
Elşad Hacıyev xüsusi qeyd edib ki, tanınmış şəxslər hansısa mövzudan danışarkən diqqətli olmalıdırlar: "Polis əməkdaşları heç kimin sifarişini icra etmir. Müvafiq materiallar qanunvericiliklə toplanmış sənədlərdə, məhkəmə arxivlərində var və sənədlərdə təhqiqatı aparan şəxsin də imzası mövcuddur".
Məhkəmə qərarı ilə həbs olunan Arzuxanım Həsənova efirə "Kəpəz" hospitalında analiz verərək narkotik istifadəçisi olmamasını təsdiq edən sənədlər təqdim edib. Amma araşdırmalarımız nəticəsində hüquq-mühafizə orqanlarının eskpertiza rəyinə əsasən ondan götürülən analizlər nəticəsində psixotrop maddə olan metamfetamin aşkar edilib.
Bəs görəsən "Kəpəz" Hospitalı necə analiz rəyi verib ki, Arzuxanım Həsənovada heç bir psixotrop maddə istifadə etmədiyi qeyd olunub.
Məsələ ilə bağlı Kəpəz hospitalında münasibət öyrənmək mümkün olmadı.
Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR