İlham Əliyevin islamofobiyaya qarşı müraciəti BMT sənədi kimi yayılıb
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, müraciət BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda təşkilatın bütün üzv dövlətlərinə təqdim olunub. Bu fakt Prezident İlham Əliyevin islamofobiya ilə mübarizədə beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.
Müraciətdə dövlət başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ meyilin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.
BMT səviyyəsində bu müraciətin sənəd kimi tanınması Azərbaycanın multikulturalizm və dini həmrəyliyə əsaslanan siyasətinə verilən beynəlxalq dəstəyin daha bir təzahürüdür.
Qeyd edək ki, cari ilin 26-27 may tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.
İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.
Beynəlxalq elmi konfransa 40-a qədər ölkədən 200-ə yaxın iştirakçı - alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR