Traktor aşdı, 16 yaşlı gənc həyatını itirdi
İspartanın Yalvaç rayonunda baş verən faciəvi qəza nəticəsində 16 yaşlı Selahattin Gökmen həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə iyunun 22-si saat 15:00 radələrində Yalvaç rayonuna bağlı Eyüplər kəndində qeydə alınıb. Yalvaçda peşə təhsili alan və eyni zamanda sənayedə tələbə kimi çalışan Selahattin Gökmen ailəsinə məxsus traktorla bağ sahələrini gəzmək üçün yola çıxıb. İlkin məlumatlara görə, o, sükan idarəetməsini itirib və traktor aşıb. Gənc sürücü nəqliyyat vasitəsinin altında qalaraq hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Tibbi müdaxilə mümkün olmayıb – Gökmenin həyatını itirdiyi müəyyən olunub. Onun cəsədi əvvəlcə Yalvaç Dövlət Xəstəxanasına, oradan isə tibbi ekspertiza üçün İsparta Şəhər Xəstəxanasına aparılıb.
Selahattin Gökmenin nəşinin doğulduğu Eyüplər kəndində dəfn ediləcəyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1381 Tarix: 23 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabr