Ağız sağlamlığı daxili orqanlara necə təsir edir? –TƏHLÜKƏ
Ağız sağlamlığı yalnız diş və diş ətlərindən ibarət deyil. Mütəxəssislərin fikrincə, ağızda yaranan infeksiyalar, iltihablar və bakteriyalar bədənimizin digər orqanlarına da ciddi təsir göstərə bilər.
BAKU.WS xəbər verir ki, araşdırmalara görə, ağız boşluğunda toplanan zərərli bakteriyalar qan dövranına keçərək ürək, böyrək, qaraciyər və hətta beyinə qədər yayıla bilər.
Xüsusilə diş əti xəstəlikləri ürək-damar problemləri ilə əlaqələndirilir. Periodontit (diş əti iltihabı) olan insanlarda infarkt və insult riski daha yüksək olur.
Bundan başqa, ağız sağlamlığının pozulması tənəffüs yollarında infeksiya riskini də artırır. Dişlərdəki infeksiyalar udqunma və tənəffüs yolu ilə ağciyərlərə keçərək pnevmoniya kimi ağır fəsadlara səbəb ola bilər. Eyni zamanda, şəkərli diabet xəstələrində ağızda yaranan iltihablar qanda şəkərin tənzimlənməsini çətinləşdirir.
Həkimlər hər altı aydan bir stomatoloqa müraciət etməyi, gündəlik diş və ağız baxımına ciddi yanaşmağı tövsiyə edirlər. Çünki ağız sağlamlığının qorunması ümumi sağlamlığın əsas şərtlərindən biridir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bağırsaq sağlamlığı üçün nə yemək lazımdır? - Ən faydalı 5 məhsul
Bağırsaqların vəziyyəti təkcə həzmə deyil, həm də immunitetə, metabolizmə və ümumi sağlamlığa birbaşa təsir göstərir. Mikrobiota balansını qorumağa probiotiklərlə zəngin qidalar kömək edir. Mütəxəssislər bağırsaq sağlamlığı üçün xüsusilə faydalı olan 5 probiotik məhsulu açıqlayıb. Qaynarinfo xəbər veri
1 iyunXərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir
Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta
3 iyunAlçanın bu xeyrini bilirdiniz?
Alça həm dadlı, həm də sağlamlıq üçün olduqca faydalı meyvələrdən biridir. Tərkibində bol miqdarda C vitamini, antioksidantlar, kalium və lif olduğu üçün orqanizmə bir çox müsbət təsir göstərir. xəbər verir ki, alça immun sistemini gücləndirməyə kömək edir və xüsusilə yaz-yay mövsümündə orqanizmin vitami
31 mayİnfarkt keçirənlər illərdir bu dərmanları içir: faydasız imiş
Beynəlxalq alimlər qrupu müəyyən edib ki, beta-blokatorlar ürəyin funksiyası qorunub saxlanılan və yüngül miokard infarktı keçirmiş xəstələr üçün gözlənilən faydanı verməyə bilər. Araşdırmanın nəticələri "European Heart Journal"da (EHJ) dərc olunub. -a istinadən xəbər verir ki, xarici mediay
27 mayAğırlıq qaldıranlar daha uzunömürlü olur
Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır. Axşam.az xəbər verir ki, həftədə 90 dəqiqədən iki saata qədər edilən ağırlıq və müqavimət məşqləri vaxtından əvvəl ölüm riskin
6 iyunGecələr qatıq yeməyin faydaları və zərərləri
Qatıq sağlam qidalar sırasında xüsusi yer tutur. Xüsusilə gecə saatlarında qatıq yeməyin orqanizmə təsiri uzun illərdir müzakirə olunur. Mütəxəssislərin fikrincə, düzgün miqdarda və uyğun vaxtda qəbul edilən qatıq həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Lakin bəzi hallard
31 mayElm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
Qocalma prosesi hər zaman eyni sürətlə və düz xətt üzrə getmir. "Stanford Universiteti"nin rəhbərliyi ilə aparılan mühüm bir elmi araşdırma insan bədənində qocalma ilə bağlı molekulyar dəyişikliklərin xüsusilə 44 və 60 yaş civarında kəskin şəkildə sürətləndiyini ortaya qoyub. xəbər verir ki
31 may