Sağlamlığa zərər vermədən neçə ədəd sosiska yemək olar?

Sağlamlığa zərər vermədən neçə ədəd sosiska yemək olar?Sosiska – həm böyüklərin, həm də uşaqların sevdiyi, tez və rahat hazırlanan bir qidadır. Lakin həkimlər xəbərdarlıq edir: bu məhsul o qədər də faydalı deyil və onunla həddən artıq qidalanmaq sağlamlığa zərər verə bilər. Bununla belə, sosiskanı tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur – əsas odur ki, təhlükəsiz miqdarı bilmək lazımdır.

Lent.az düzgün miqdarı sizə təqdim edir:

Həftəlik neçə sosiska yemək olar?
Dietoloqların tövsiyəsinə əsasən, həftədə maksimum 150 qram sosiska yemək olar. Bu da təxminən 2-3 kiçik ölçülü sosiskaya bərabərdir.
Belə miqdar orqanizmə ciddi yük olmadan həzm olunur – əgər digər qidalar balanslıdırsa.

Artıq sosiska istehlakı nə ilə təhlükəlidir?
Sosiska tərkibində bunları daşıyır:

Çoxlu duz – bu, yüksək təzyiq (hipertoniya) riskini artırır;

Doymuş yağlar – ürək-damar sistemi üçün mənfi təsirlidir;

Natrium nitrit – məhsula çəhrayı rəng verir, lakin mütəmadi qəbulu potensial kanserogen (xərçəng yaradan) təsir göstərə bilər. Bundan başqa, ucuz sosiskalar tez-tez aşağı keyfiyyətli inqrediyentlərdən – ət qalığı, dəri, soya zülalı və digər əvəzedicilərdən hazırlanır. Bu isə məhsulun qida dəyərini aşağı salır.

Hansı sosiskaları seçmək lazımdır?
Ən təhlükəsiz sosiskalar – "ali növ" (высший сорт) sayılanlardır. Onların tərkibində azı 80% ət olmalıdır.

Seçim zamanı diqqət yetirin:

Natrium qlutamatı olmayan,

Əlavələr və konservantlar minimum olan,

Etiketində az və tanış tərkibli maddələr olan məhsullar daha keyfiyyətli sayılır.

Tövsiyə:
Sosiskanı hər gün yeməyin. Onu bol tərəvəzlə birlikdə, qızartmadan – qaynadaraq və ya sobada bişirərək istifadə etmək daha doğrudur.
Bu, həzm sisteminə olan mənfi təsiri azaltmağa kömək edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 945   Tarix: 24 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?

Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində

29 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr