İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin
İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.
Rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-a verdiyi açıqlamada bildirib ki, isti hava və günəş altında qalmaq orqanizmdə şəkərin səviyyəsini həm yüksəldə, həm də kəskin şəkildə endirə bilər.
Həkim izah edir ki, yüksək temperatur şəraitində insan orqanizmində kapilyarlar genişlənir, nəticədə də insulin daha sürətli ifraz olunur. Bu vəziyyət xüsusilə insulin qəbul edən xəstələrdə hipoqlikemiya (şəkərin kəskin düşməsi) riskini artırır.
Eyni zamanda, istidə orqanizmin susuz qalması (dehidratasiya) bəzi hallarda şəkərin səviyyəsinin 15-20 mmol/l-ə qədər qalxmasına səbəb ola bilər.
Əlavə təhlükə isə ondan ibarətdir ki, istiyə bağlı simptomlarla hipoqlikemiyanın əlamətləri üst-üstə düşə bilər, yəni başgicəllənmə, tərləmə və halsızlıq həm günvurma, həm də şəkərin düşməsi ilə əlaqəli ola bilər.
Endokrinoloq aşağıdakı tədbirləri tövsiyə edir:
- Gündə ən az 4-6 dəfə qlükozanın səviyyəsini yoxlayın
- Əgər mümkündürsə, davamlı qlükoza monitorinq sistemlərindən istifadə edin
- İnsulin dozasını iqlim və həyat tərzinə uyğun tənzimləyin
- İnsulin pompası istifadə edənlər üçün infuziya dəstini hər 2 gündən bir dəyişmək tövsiyə olunur
- İynə vurulan nahiyələrə diqqət yetirin, istidə kapilyarların genişlənməsi insulinin təsirini sürətləndirə bilər.
Həkimlər yay mövsümündə diabet xəstələrinin sağlamlığını daha yaxından izləməyi və hərarət, tərləmə və halsızlıq hallarını ciddiyə almağı tövsiyə edirlər./modern.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
6 sentyabrÖvladına vitamin verən valideynlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Uşaqlara vitamin və qida əlavələrinin bir neçə növünü eyni vaxtda vermək onların tərkibində eyni vitamin və mineralların təkrar olmasına və nəticədə gündəlik qəbulun normadan artıqlaşmasına səbəb ola bilər. Xüsusilə A vitamini və dəmir kimi maddələrin yüksək dozada qəbulu sağlamlıq üçün ciddi risklə
9 sentyabrƏməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMA
Əməliyyatın uğurla başa çatması xəstənin təhlükəni tam geridə qoyması anlamına gəlmir. Əməliyyat zamanı və sonrakı dövrdə qanaxma, infeksiya, tənəffüs və ürək-damar problemləri, tromboz, orqan çatışmazlığı, eləcə də anesteziya ilə bağlı ağırlaşmalar həyati risk yarada bilər. Bəs, əməliyyatdan sonra xəstəni
3 sentyabrÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabrSiqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır
Siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksəkdir. Siqaret kişilərdə spermanın keyfiyyətini də pisləşdirir və sonsuzluq müalicəsinin uğurlu nəticələnməsi ehtimalını azaldır. xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elm
11 sentyabrQaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
1 sentyabrElektron reseptlər nə qədər effektiv olacaq? - AÇIQLAMA
Elektron resept sisteminin tətbiqi dərmanların təyinatı və istifadəsinə nəzarətin gücləndirilməsi baxımından mühüm dəyişiklikdir. Sistemin düzgün işləməsi həm həkimin təyin etdiyi preparatlar barədə məlumatların elektron şəkildə izlənməsinə, həm də pasiyentin eyni və ya oxşar təsirli dərmanları lazımsı
2 sentyabr