Yayda ən çox yeyilən salat zəhərə çevrilə bilər - DİQQƏT
Qida təhlükəsizliyi üzrə mütəxəssis Yelena Spetsenko yayın ən çox yeyilən salatının sağlamlıqla bağlı risklərini açıqlayıb.
Milli.Az xəbər verir ki, xiyar və pomidordan hazırlanmış ənənəvi yay salatına mayonez əlavə edildikdə və düzgün saxlanmadıqda bu yemək zəhərlənməyə səbəb ola bilər. Onun sözlərinə görə, əsas təhlükə mayonezdədir. Havanın temperaturu 25 dərəcəni keçdikdə, mayonezli salat 30-40 dəqiqə ərzində stafilokok, salmonella və bağırsaq çöpləri kimi zərərli bakteriyalar üçün ideal mühitə çevrilir.
Xüsusilə yay kafelərində və supermarketlərdəki hazır salatları alanların daha çox risk altında olduğu bildirilib. Spetsenko salatın yeməkdən dərhal əvvəl hazırlanmasını, otaq temperaturunda maksimum iki saat saxlanmasını və tərəvəzlərin soda ilə yuyulmasını tövsiyə edib. Mayonez əvəzinə bitki yağı və ya qatıqla hazırlanmış souslardan istifadə edilməsinin daha təhlükəsiz olduğu vurğulanıb.
Əgər salat bir neçə saat saxlanmalıdırsa, mütləq soyuducuya qoyulmalıdır. Turş qoxu, dad və konsistensiya dəyişiklikləri kimi əlamətlər varsa, həmin yeməkdən imtina etmək tövsiyə olunur.
Qeyd edək ki, daha əvvəl LabQuest şirkətinin mütəxəssisi həkim Vera Serejina da isti havada yağlı, qızardılmış və süd məhsullarının təhlükəli ola biləcəyini, hətta dondurmanın belə zərər verə biləcəyini bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
6 sentyabrÖvladına vitamin verən valideynlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Uşaqlara vitamin və qida əlavələrinin bir neçə növünü eyni vaxtda vermək onların tərkibində eyni vitamin və mineralların təkrar olmasına və nəticədə gündəlik qəbulun normadan artıqlaşmasına səbəb ola bilər. Xüsusilə A vitamini və dəmir kimi maddələrin yüksək dozada qəbulu sağlamlıq üçün ciddi risklə
9 sentyabrƏməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMA
Əməliyyatın uğurla başa çatması xəstənin təhlükəni tam geridə qoyması anlamına gəlmir. Əməliyyat zamanı və sonrakı dövrdə qanaxma, infeksiya, tənəffüs və ürək-damar problemləri, tromboz, orqan çatışmazlığı, eləcə də anesteziya ilə bağlı ağırlaşmalar həyati risk yarada bilər. Bəs, əməliyyatdan sonra xəstəni
3 sentyabrÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabrSiqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır
Siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksəkdir. Siqaret kişilərdə spermanın keyfiyyətini də pisləşdirir və sonsuzluq müalicəsinin uğurlu nəticələnməsi ehtimalını azaldır. xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elm
11 sentyabrQaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
1 sentyabrElektron reseptlər nə qədər effektiv olacaq? - AÇIQLAMA
Elektron resept sisteminin tətbiqi dərmanların təyinatı və istifadəsinə nəzarətin gücləndirilməsi baxımından mühüm dəyişiklikdir. Sistemin düzgün işləməsi həm həkimin təyin etdiyi preparatlar barədə məlumatların elektron şəkildə izlənməsinə, həm də pasiyentin eyni və ya oxşar təsirli dərmanları lazımsı
2 sentyabr