Qocalma prosesi 50 yaşdan sonra sürətlənir
Yeni dərc olunmuş elmi araşdırma qocalmanın vahid və sabit bir proses olmadığını, əksinə, müəyyən yaş dövrlərində, xüsusilə də 50 yaş ətrafında sürətləndiyini ortaya qoyur. Bu nəticələr yaşlanma prosesini zülallar səviyyəsində araşdırmaqla əldə edilib və "Cell" jurnalında dərc olunub.
Lent.az xəbər verir ki, Çin Elmlər Akademiyasının regenerativ təbabət üzrə mütəxəssisi Quanqxui Liu və onun tədqiqat komandası, beyin zədəsi səbəbi ilə həyatını itirmiş 14-68 yaş aralığında olan 76 Çin əsilli şəxsdən alınmış toxuma nümunələrini təhlil edib. Bu nümunələr bədənin səkkiz əsas sistemini təmsil edən orqanlardan götürülüb.
Tədqiqat zamanı toxumalardakı zülalların miqdar və növlərində yaşla bağlı dəyişikliklər araşdırılıb. Alimlər 48 müxtəlif xəstəliklə əlaqəli zülalın yaşa bağlı artımını müşahidə ediblər. Ən erkən dəyişikliklər təxminən 30 yaşında, hormonların sintezində mühüm rol oynayan böyrəküstü vəzilərdə qeydə alınıb. Əsas dönüş nöqtəsi isə 45-55 yaş aralığında baş verib. Bu dövrdə zülal səviyyələrində kəskin dəyişikliklər müşahidə olunub. Ən diqqətçəkən dəyişikliklər bədənin əsas arteriyası olan aortada aşkar edilib, bu, oksigenlə zəngin qanı ürəkdən bədənə daşıyan əsas damardır. Tədqiqatın nəticələri göstərir ki, bəzi toxumalar, xüsusilə damar sistemi, digərlərindən daha sürətlə qocalır. Kaliforniya ştatında yerləşən Stanford Universiteti Tibb Fakültəsinin genetiki Maykl Snayder bu tapıntıların əvvəlki elmi nəticələrlə uyğun olduğunu bildirir: "Bu nəticələr hormonal və metabolik nəzarətin yaşlanma prosesində əsas rol oynadığı fikrini gücləndirir. İnsan yaşlandıqca ən dərin dəyişikliklər bu sistemlərdə baş verir".
Nəticə olaraq, bu araşdırma qocalma prosesinin sadə və sabit bir xətt üzrə getmədiyini, müxtəlif toxuma və orqanlarda fərqli zamanlarda və fərqli sürətlə baş verdiyini göstərir. 50 yaş ətrafı isə bu prosesin sürətləndiyi kritik bir dövr kimi diqqətə alınır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabr