Gözlərdə sağlamlıq problemlərini göstərən 5 əlamət

Gözlərdə sağlamlıq problemlərini göstərən 5 əlamətGöz formasındakı dəyişikliklər və ya görmə qabiliyyətinin zəifləməsi təkcə oftalmoloji problem deyil, həm də daxili orqanların fəaliyyətində pozuntu əlaməti ola bilər. Bu dəyişikliklər bəzən sağlamlığı və hətta həyatı xilas edə biləcək əlamətlərdir.

Sonxeber.az lent.az-a istinadən bildirir ki, aşağıdakılar gözlərdəki problemlərlə bağlı xəbər verir.

Gözlərdə yanma hissi - ABŞ-lı həkim Amir Xan bildirib ki, gözlərdə yanma hissi qalxanabənzər vəzi ilə bağlı problemlərin əlaməti ola bilər. Bu halda qan analizindən keçmək tövsiyə olunur.

Gözlərin irəli çıxması (ekzoftalm) - bu, əsasən autoimmun tirotoksikozun, xüsusilə də Qreyvs xəstəliyinin əlamətidir. Bu zaman immun sistemi həm qalxanabənzər vəziyə, həm də göz arxasındakı toxumalara hücum edir, bu da göz əzələlərinin iltihabına, toxumaların şişməsinə və gözlərin irəli çıxmasına səbəb olur.

Göz qapağının sallanması (ptoz) - əgər birdən birə bir göz qapağınızın aşağı sallandığını görsəniz, bu nevroloji pozğunluğun və ya insultun ilkin xəbərdarlığı ola bilər. Bu hal ani baş verərsə, nitqdə anlaşılmazlıq və ya bədəndə zəiflik müşahidə olunarsa, dərhal həkimə müraciət olunmalıdır.

Bulanıq görmə - əgər qəfil bulanıq görmə ilə yanaşı susuzluq və yorğunluq hiss edirsinizsə, bu yüksək qan şəkərinin və diabetin başlanğıcının əlaməti ola bilər. Diabet gözün arxa hissəsindəki kiçik qan damarlarına ziyan vurur və bu, oftalmoloq tərəfindən yoxlanmalıdır.

Göz almasının ətrafında sarı halqa - bu, yaşlanma, yüksək xolesterin və ya qaraciyər pozğunluqları nəticəsində baş verə bilər. Gözün sarı rəngə boyanması qanda bilirubinin artması ilə əlaqədardır və hepatit, sirroz, öd yollarının problemləri və ya hemolitik anemiya nəticəsində baş verə bilər.

Alt göz qapağının içinin solğun rəngdə olması - bu, orqanizmdə hemoglobin çatışmazlığının - yəni anemiyanın göstəricisi ola bilər. Normalda alt göz qapağının içi çəhrayı və ya qırmızımtıl olur. Əgər rəngi çox solğundursa, bu, hemoglobinin aşağı səviyyədə olduğunu göstərə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 752   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?

Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində

29 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr