Bağırsaq bakteriyası yuxusuzluğa səbəb ola bilər
Nankin Tibb Universitetinin alimləri bağırsaqda Odoribacter bakteriyalarının sayının artmasının yuxusuzluq riskini artırdığını müəyyən ediblər.
Milli.Az xəbər verir ki, bu araşdırmanın nəticələri nüfuzlu "General Psychiatry" (GenPsy) jurnalında dərc olunub.
Tədqiqatda mendelvari təsadüfiləşdirmə (MPR) adlanan metoddan istifadə olunub. Bu üsul genetik məlumatlar əsasında bir faktorun digərinə, məsələn, bağırsaq mikroblarının yuxusuzluğa səbəb olub-olmadığını müəyyən etməyə imkan verir.
MPR təhlili üçün 386 533 yuxusuzluqdan əziyyət çəkən şəxsin genetik məlumatları və əlavə olaraq 26 min nəfərin bağırsaq mikrobiomuna dair məlumatlar araşdırılıb.
Nəticədə, alimlər yuxusuzluqla əlaqəli 14 bakteriya qrupunu müəyyən ediblər. Bu bakteriyalar yuxusuzluq riskini 1-4% artırır. Digər tərəfdən, bəzi bakteriya növləri əksinə - yuxu pozuntusu riskini 1-3% azaldır. Odoribacter sinfinə aid mikroorqanizmlər isə yuxunun keyfiyyətinə ən mənfi təsir göstərənlər arasında olub.
Araşdırma həmçinin göstərib ki, yuxusuzluğun özü də bağırsaq mikrobiotasına təsir göstərir. Belə ki, bu vəziyyət bəzi bakteriya qruplarının sayında əhəmiyyətli dəyişikliklərə 7 qrupun 43-79% azalması və 12 qrupun 65%-ə qədər artıb-azalması səbəb ola bilər.
Tədqiqatçılar bildirirlər ki, bu araşdırmanın bəzi məhdudiyyətləri var. Belə ki, iştirakçıların hamısı Avropa mənşəlidir və təhlildə qidalanma, həyat tərzi və gen mühit qarşılıqlı təsiri kimi mikrobiomanın formalaşmasına təsir edən amillər nəzərə alınmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrQripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?
Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində
29 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabr