İsti havada soyuq dondurmanın zərərləri: Həkimlərdən xəbərdarlıq

İsti havada soyuq dondurmanın zərərləri: Həkimlərdən xəbərdarlıqYay aylarında havaların kəskin istiləşməsi ilə birlikdə insanların sərinləmək üçün dondurmaya daha çox üstünlük verməsi müşahidə olunur.

Bəs isti havada soyuq dondurmanın zərərləri nələrdir?

Milli.Az xəbər verir ki, mütəxəssislər isti havada soyuq dondurma yeməyin müəyyən sağlamlıq riskləri yaratdığını bildirirlər.

Həkimlərin sözlərinə görə, bədən temperaturunun yüksək olduğu zamanlarda qəfil soyuq məhsul qəbul edilməsi boğaz iltihabları, angina və hətta həzm sistemində pozulmalara səbəb ola bilər. Soyuq dondurma orqanizmdə temperatur fərqinə səbəb olaraq immun sisteminin zəifləməsinə yol aça bilər.

Bundan əlavə dondurmanın tərkibindəki şəkər və yağ miqdarı da isti havada maddələr mübadiləsini yavaşladaraq artıq çəki və şəkər balansında pozulmalara səbəb ola bilər. Həkimlər xüsusilə uşaqlar və yaşlıların isti hava şəraitində dondurma qəbuluna diqqətlə yanaşmasını tövsiyə edirlər. Sərinləmək üçün dondurma istehlak etmək istəyənlərə onu bir qədər otaq temperaturunda saxlamaqla yemələri və miqdarına nəzarət etmələri tövsiyə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 481   Tarix: 23 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tərkibində maqnezium yüksək olan 12 qida

Maqnezium orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Bununla belə, bir çox insan bu elementi qida vasitəsilə kifayət qədər qəbul etmir. Diyetoloqlar maqneziumun ilk növbədə qida məhsullarından alınmasını tövsiyə edirlər, çünki bu yolla orqanizm digər faydalı maddələri də qəbul edir

6 iyul
.

Su qəbulunu necə artırmaq olar? - 5 faydalı məsləhət

İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Su hüceyrələrə qida maddələri və oksigenin daşınmasında, bədən temperaturunun tənzimlənməsində, həmçinin beynin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Better Homes & Gardens" nəşri diyetoloqları

27 iyul
.

Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir

Sağlam və uzun ömür sürən insanların qidalanmardişlərini araşdıran maddələr və məhsullar ki, onlar bəzi məhsullar ya məhsul qəbul etmir, ya da çox nadir hallarda istifadə edirlər. Mütəxəssislərin fikrincə, bu qidalar asılı olaraq xroniki xəstəlik yaranma riskini artıraraq ömür uzunluğuna təsir göstərir

4 iyul
.

Yağ yandırmaq üçün qidalanma qaydalar

Diyetoloqlar yağ yandırma prosesində düzgün qidalanma və fiziki aktivliyin vacib rol oynadığını bildirirlər. Axşam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, orqanizm yağ itirərkən nizamlı rejimə ehtiyac duyur. İdeal yağ yandırma üçün gün ərzində 3 əsas, 1 ara öyünün olması, öyünlər arasınd

19 iyul
.

Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı

Dondurma, buzlu içkilər və digər soyuq qidaların qəbulundan sonra yaranan qəfil ağrı tibbdə soyuq stimuluna bağlı baş ağrısı adlanır. Xüsusilə yay aylarında daha çox rast gəlinən bu vəziyyət qısamüddətli olsa da, kifayət qədər narahatlıq yarada bilir. xəbər verir ki, bu vəziyyət çox soyuq qida və y

12 iyul
.

Uzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida

Sağlam qidalanma uzunömürlülüyün əsas amillərindən biri hesab olunur. Antioksidantlarla zəngin qidaların gündəlik rasiona daxil edilməsi iltihabı azaltmağa, hüceyrələri zədələnmədən qorumağa və xroniki xəstəliklərin inkişaf riskini aşağı salmağa kömək edə bilər. Qaynarinfo "Verywell Health"

9 iyul
.

Çəki atmaq üçün istifadə edilən dərmanların gözlənilməz təsiri açıqlandı

Çəkini tənzimləmək və şəkərli diabeti müalicə etmək üçün məşhur dərmanlardan istifadə edən pasiyentlər alkoqolun onlara artıq zövq vermədiyini və spirtli içkilərə meyllərinin azaldığını getdikcə daha çox bildirirlər. xəbər verir ki, bu barədə -ya rusiyalı endokrinoloq İrina Lenkina məlumat verib. Mütəxəssi

19 iyul
.

Ürək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durun

Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "HuffPost" nəşrinin məlumatına görə, kardioloqlar və dietoloqlar ürək sağlamlığını qorumaq üçün qidalanmada ediləcək bir neçə sadə dəyişikliyin böyük fayda verə biləcəyini bildirirlər. Mütəxəssisləri

21 iyul
.

Beyini təhdid edən böyük təhlükə: 2050-ci ilədək 139 milyona çata bilər

Ümumdünya Səhiyyə Təşkilatınin (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demansiyadan əziyyət çəkir. Əhalinin yaşlanması ilə əlaqədar bu göstəricinin 2050-ci ilədək 139 milyona yüksələcəyi proqnozlaşdırılır. Qaynarinfo xəbər verir ki, demansiya yalnız unutqanlıqla məhdudlaşmır. B

30 iyul