Bu qidaları yesəniz, payızda HEÇ XƏSTƏLƏNMƏYƏCƏKSİNİZ
Mövsüm dəyişikliyi ilə birlikdə orqanizm də müəyyən çətinliklərlə üzləşir. Yayın isti havasından sonra payızın sərin və dəyişkən iqlimi immun sistemi zəiflədə, yorğunluq və xəstəliklərə yol aça bilər.
Musavat.com xəbər verir ki, həkimlərin sözlərinə görə, bu dövrdə qidalanmaya diqqət etmək və immuniteti gücləndirən məhsullara üstünlük vermək xüsusilə vacibdir.
Mütəxəssislərin tövsiyə etdiyi əsas qidalar isə bunlardır:
• C vitamini zəngin meyvələr – portağal, naringi, kivi və limon immun sistemini gücləndirir, soyuqdəymənin qarşısını alır.
• Yaşıl yarpaqlı tərəvəzlər – ispanaq, kələm və brokkoli orqanizmi antioksidantlarla təmin edir.
• Bal və zəncəfil – iltihabəleyhinə xüsusiyyətlərə malikdir, boğaz ağrısı və soyuqdəyməyə qarşı faydalıdır.
• Qoz-fındıq və badam – E vitamini və faydalı yağlarla zəngindir, həm də beyin fəaliyyətini gücləndirir.
• Balıq və dəniz məhsulları – Omeqa-3 yağ turşuları sayəsində immuniteti gücləndirir, ürək-damar sağlamlığını qoruyur.
• Bitki çayları – xüsusilə zəncəfil, nanə və adaçayı orqanizmi ilıq saxlayır, immunitetə dəstək olur.
Mütəxəssislər bildirir ki, balanslı qidalanma ilə yanaşı, kifayət qədər yuxu və gündəlik hərəkət də mövsüm dəyişikliklərində sağlam qalmağın əsas şərtlərindəndir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA
Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm
8 sentyabrQaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
1 sentyabrYod çatışmazlığı təhlükəlidir
Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir. Axşam.az xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur. Yod çatışmazlığının orqanizmə verdiyi zərərlər isə təhlükəlidir. Yod təbiətd
30 avqustDəyişkən hava şəraitində xəstələnməmək üçün nələrə diqqət edək? - AÇIQLAMA
Son günlər havanın tez-tez dəyişməsi, temperaturun kəskin enib-qalxması və küləkli hava orqanizmin uyğunlaşma prosesini çətinləşdirə bilər. Belə dövrlərdə xüsusilə soyuqdəymə, virus infeksiyaları, allergik reaksiyalar və xroniki tənəffüs xəstəliklərinin əlamətləri daha çox müşahidə olunur. Bəs dəyişkə
8 sentyabrElektron reseptlər nə qədər effektiv olacaq? - AÇIQLAMA
Elektron resept sisteminin tətbiqi dərmanların təyinatı və istifadəsinə nəzarətin gücləndirilməsi baxımından mühüm dəyişiklikdir. Sistemin düzgün işləməsi həm həkimin təyin etdiyi preparatlar barədə məlumatların elektron şəkildə izlənməsinə, həm də pasiyentin eyni və ya oxşar təsirli dərmanları lazımsı
2 sentyabr