Subay şəxslərin övladlığa uşaq götürmə qaydaları qanunla necə tənzimlənir? - AÇIQLAMA
Övladlığa uşağın götürülməsi hüquqi baxımdan müəyyən şərtlərə bağlıdır və bu proses həm valideynlər, həm də uşaqlar üçün ciddi tənzimlənir. Azərbaycanda qanunvericilik subay şəxslərin də övladlığa uşaq götürməsinə imkan verir, lakin bunun müəyyən yaş fərqi və prosedur tələbləri mövcuddur.
Bəs görəsən subay şəxslərin övladlığa uşaq götürmə qaydaları qanunla necə tənzimlənir?
Vəkil A.Qəribova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Övladlığa götürən şəxs nikahda deyilsə, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır. İstənilən subay şəxs övladlığa uşaq götürə bilər, amma, hamilə qadın övladı dünyaya gətirmədən onu övladlığa verə bilməz. Eyni zamanda, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər".
Qanunvericiliyə görə övladlığa uşaq götürmə prosesi hansı mərhələlərdən ibarətdir?
-övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
-övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
-övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
-Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu hansı qaydada müəyyən edilir?
-övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
-övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
-övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
-övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
-övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
-övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Tacir Şahmalıoğlu əməliyyat olundu