Uşağa şirniyyatı tam qadağan etmək olmaz - Diyetoloq açıqladı
Uşağın rasionundan tamamilə şirniyyatları çıxarmaq düzgün deyil.
Sonxeber.az xəbər verir ki, bunu rusiyalı diyetoloq, RОSBİOTEХ Universitetinin dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva açıqlamasında bildirib.
"Uşaqların enerjiyə olan tələbatını ödəmək üçün karbohidratlar vacibdir və bu karbohidratların mənbələri yalnız çörək və taxıllar deyil, həm də şirniyyat, meyvə və tərəvəzdir".
Lebedevanın sözlərinə görə karbohidratlar xüsusilə hərəkətli və fiziki fəallığı yüksək olan uşaqlar üçün vacibdir, çünki əzələlərin fəaliyyəti böyük enerji sərfiyyatı tələb edir. Meyvə, tərəvəz, meyvə-tərəvəz şirələri karbohidratlarla yanaşı, vitaminlər, mikroelementlər, pektin, lif və digər faydalı maddələr ehtiva edir, həzm sistemini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.
Uşağın qida davranışının ailədə formalaşdığını vurğulayan ekspert məsləhət görür ki, uşağı şirniyyata alışdırmaq lazım deyil.
Lebedeva bildirir ki, ibtidai məktəb yaşlı uşaqlar üçün gündəlik 10-15 qram şirniyyat kifayətdir, bu təxminən iki şokolad, peçenye və ya marmeladdır. Zefir və pastila isə daha şirindir, buna görə gündə bir ədəd kifayətdir. Həmçinin, şirniyyat ancaq yeməkdən sonra verilməlidir.
Qısaca desək, uşağın sağlam rasionunda şirniyyatlara yer olmalıdır, lakin miqdarına və zamanına diqqət yetirmək vacibdir.(milli.az)
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 779 Tarix: 30 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
24 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabr