"Bu addımlar paraflanmış sülhün praktiki nəticələrini göstərir" - DEPUTAT
"2 oktyabr tarixində Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu görüş Tarixi Vaşinqton Sülh Sammitindən sonra iki ölkə rəhbəri arasında keçirilən ikinci görüşdür. Bundan öncə Çində ŞƏT+ formatında keçirilən Sammitdə tərəflər bir araya gəlmişdi. Sülh prosesi ərəfəsində bu cür görüşlərin keçirilməsi sülhün öz praktiki nəticələrini göstərdiyinin daha bir nümunəsidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, etimad-quruculuq tədbirləri çərçivəsində artıq tərəflər bir neçə addım atıb:
"Ermənistanın Baş nazirinin təyyarəsi Çinə Azərbaycanın hava məkanı üzərindən səfər edib. Daha sonra delimitasiya və demarkasiya prosesi çərçivəsində hər iki tərəf bir-birinin ərazisinə daxil olub. Müxtəlif beynəlxalq tədbirlərdə Ermənistan Təhlükəsizlik naziri Azərbaycana səfər edib, Azərbaycanın beyin mərkəzinin nümayəndəsi Ermənistanda tədbirdə iştirak edib, çıxış edib. Bu addımlar paraflanmış sülhün praktiki nəticələrini göstərir.
Təbii ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan ilk növbədə öz üzərinə düşəni yerinə yetirməlidir. Bu ölkə öz Konstitusiyasında və Müstəqillik aktında Azərbaycana ərazi iddialarını ümumxalq səsverməsi yolu ilə çıxarmalıdır. Bunun üçün tərəflərin razılaşması mövcuddur. Bu baxımdan, sülh prosesinin gedişatı, Ermənistan tərəfindən sözügedən dəyişiklik üçün, Vaşinqton görüşünün nəticələrinin xatırladılması üçün və Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə bağlı görülən işləri müzakirə etmək üçün "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı zamanı imkan yaranmış oldu".
Vüsalə İbarhimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1073 Tarix: 04 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Özbəkistanla əlaqələr daha da genişlənir" - AÇIQLAMA
"Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində ölkələrimiz arasında əlaqələrə dərindən nəzər salaraq gələcək üçün strateji vizyon ortaya qoydu. Dövlətimizin başçısı hərtərəfli əməkdaşlığın perspektiv əməkdaşlıq üçün formalaşdırdığı gözləntilərindən söz açdı
24 avqustDostluq və müttəfiqlik əlaqələrinin daha da genişlənməsi
Azərbaycan-Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və əsrlər boyu qoruna
24 avqustBu, söz xatirinə verilən bir qiymət deyil - AÇIQLAMA
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordenini təqdim etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər. Təltifin məhz Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafın
24 avqustLaçın Şəhəri Günü: Tarixi Zəfərin daha bir simvolu
Dörd il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevi
25 avqustBöyük qayıdışın təntənəsi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsində qazanılan qələbə təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyn
25 avqustQardaşlıqdan müttəfiqliyə uzanan yol!
Özbəkistan Respublikasına səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibə verib. İki qardaş ölkə arasında münasibətlərin bugünkü mənzərəsini, əldə olunan mühüm nəticələri və qarşıda duran geniş perspektivləri əhatə edən əhəmiyyətli siyasi mesajlarla zəngindir
24 avqustPrezidentin Özbəkistana səfəri türk dünyasının inkişafına ciddi töhfə verəcək
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsi Mərkəzi Asiya ilə əlaqələri
24 avqust