Faydalı bilib yeyirdik, ən zərərli çərəz imiş...

Faydalı bilib yeyirdik, ən zərərli çərəz imiş...Qoz-fındıq sağlam qidalanmanın ayrılmaz hissəsi kimi tez-tez tövsiyə olunur. Tərkibindəki maqnezium, kalium, E vitamini və sağlam yağlar sayəsində ürək-damar sağlamlığını dəstəkləyir, enerji verir və uzun müddət toxluq hissi yaradır.

Milli.Az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir ki, bəzi növlər həddindən artıq istehlak edildikdə xeyirdən çox zərər verə bilər. Xüsusilə anakardiya və Braziliya qoz-fındıqları yüksək kalorili və yağ tərkibli olduğu üçün çəki artımı, yüksək xolesterol və ürək-damar problemlərinə səbəb ola bilər.

Bu qoz-fındıqların yüksək oksalat tərkibi böyrək daşı riski olanlar üçün ciddi təhlükə yaradır. Böyrək daşı xəstəliyi olanların bu növlərdən uzaq durması tövsiyə olunur.

Braziliya qozunun yüksək selenium tərkibi immuniteti gücləndirsə də, həddindən artıq istehlak saç tökülməsi, dırnaqların kövrək olması, sinir sistemi problemləri və ürəkbulanma kimi zərərlərə yol aça bilər.

Qidalanma və pəhriz mütəxəssisi Dr. Ayşe Dəmir bildirir: "Anakardiya və Braziliya qoz-fındıqları gündə bir ovucdan çox olmamalıdır. Böyrək daşları olanlar üçün bu növlərdən qaçmaq vacibdir" .

Harvard Universitetinin professoru Dr. Valter C. Willett də porsiyaya nəzarətin önəmini vurğulayır:

"Fındıq, badam və qoz kimi qoz-fındıqlar sağlam yağlar təqdim edir, lakin anakardiya və Braziliya qozunun həddindən artıq istehlakı artıq kalori və mineral balanssızlığa səbəb ola bilər" .


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2803   Tarix: 05 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr
.

Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video

"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri

4 oktyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr