"36 min ödədim, anamı öldürüb mənə verdilər" - Vəfat edən qadının qızı klinikada fəryad etdi
Səhhətində yaranan problem səbəbindən həkimə müraciət edən qadın dünyasını dəyişib.
Hadisə Respublika Diaqnostika Mərkəzində baş verib.
Mərhumun qızı Lamiyə Quliyeva bildirib ki, anası Ziyafət Səfiyevanın başında xoşxassəli şiş aşkarlanıb və o, xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Lakin əməliyyatdan sonra qadın həyatını itirib. Lamiyə Quliyeva anasının ölümündə həkimləri günahlandırır.
"Bizə Tural Rəhimli tərəfindən deyildi ki, bu, çox sadə bir əməliyyatdır, qorxulu heç nə yoxdur. Lakin əməliyyatdan bir gün sonra anamda kəskin beyin qanaması baş verdi. Belə vəziyyətdə biz 3 saat həkimi gözlədik, amma o, xəstəxanaya gəlmədi. Anam həmin müddət ərzində təcrübəsiz rezidentlərin və naşı tibb bacılarının nəzarətində qaldı. Yalnız anamın ağzından köpük gəldikdən sonra Tural Rəhimli xəstəxanaya gəlib və əməliyyata başlayıblar. Ondan anamın bu vəziyyətə düşmə səbəbini soruşanda isə "bilmirəm" dedi. Mənim anamın günahı nə idi? 36 min manat verdim, amma anamı öldürüb mənə verdilər", - deyə Lamiyə Quliyeva bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2289 Tarix: 07 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vaşinqton görüşündə qəbul olunan qərarlar böyük perspektivlər
30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan regionda sülh şəraitində yaşamağın tərəfdarıdır. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ili
10 avqustAzərbaycanda əhalinin gəlirləri artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631.8 milyon manat olub. bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir. Belə ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 9.8% çoxdur
10 avqustCənubi Qafqazda sülh gündəliyinin yeni mərhələ
si. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il keçir. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənub
10 avqustBöyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqto
9 avqustBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC-yə istinadla xəbər verir. Qeyd olunub ki, Yasama
10 avqustRegionda hava soyuyur: yağış, külək, dolu başlayır - TARİX AÇIQLANDI
Son günlər regionda müşahidə olunan isti və quraq havanın yerini tədricən sərin küləklərə verəcəyi gözlənilir. xəbər verir ki, hava tətbiqi proqramlarında Bakıda növbəti həftənin əvvəlindən temperaturun düşəcəyi qeyd edilir. Xüsusilə gələn həftənin sonu iki gün yağış yağacağı proqnozlaşdırılır. Bunda
9 avqust