COVID, soyuqdəymə, yoxsa qrip? - Fərqi AÇIQLANDI
Həkimlər soyuqdəymə, qrip və COVID arasında fərq barədə vacib məlumatı bölüşüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərin fikrincə, bu üç xəstəlik bir-birinə bənzər əlamətlər göstərsə də, bəzi fərqlər onları ayırmağa kömək edir.
Soyuqdəymə, adətən yavaş başlayır, əsasən burun və boğazı təsir edir. Bəzən boğazda qaşınma və qulaqda təzyiq hissi olur. Adətən bu əlamətlər gündəlik həyatı çox məhdudlaşdırmır.
Qrip isə daha qəfil başlayır və hərarət, əzələ ağrıları, halsızlıq və bədən sızısı ilə müşayiət olunur. Bəzi hallarda xəstəni "yatağa salacaq qədər" ağır keçir.
COVID-19 halları qripə çox bənzəyir, lakin iy və dad itkisi, yeni yayılmaqda olan Stratus və Nimbus variantlarında müşahidə edilən "bıçaq kimi kəsici boğaz ağrısı", həmçinin ishal kimi fərqli simptomlarla seçilir.
Həkimlər xəbərdarlıq edir: əgər əlamətlər 3 həftədən çox davam edirsə, nəfəs darlığı yaranırsa və ya xroniki xəstəlik varsa, dərhal həkimə müraciət edilməlidir.
Yeni COVID variantları: Stratus və Nimbus
Mütəxəssislər bildirir ki, hazırda geniş yayılan Stratus (XFG) və Nimbus (NB.1.8.1) variantları əvvəlki COVID ştamlarından daha təhlükəli olmasa da, yoluxma ehtimalını artırır.
Türkiyə Həkimlər Birliyinin rəhbəri professor Alpay Azap son test nəticələrində pasiyentlərin 80 faizində COVID virusu aşkarlandığını deyib. Son hallarda səs batıqlığı və iti boğaz ağrısı kimi əlamətlər xüsusilə geniş yayılıb.
Əgər simptomlarınız varsa və evdən çıxmaq məcburiyyətindəsinizsə, maskadan istifadə tövsiyə olunur. İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) boğaz ağrısı üçün bol maye içməyi və bir çay qaşığı bal qəbul etməyi məsləhət görür.
Hansı tədbirlər faydalıdır?
Həkimlər bədənin virüslərlə öz-özünə mübarizə apardığını, lakin bəzi vasitələrlə bu prosesi dəstəkləməyin mümkün olduğunu bildirir:
Parasetamol və ya ibuprofen – ağrını və qızdırmanı azaldır. Lakin tərkibində parasetamol olan sirop və dərmanları eyni anda istifadə etməmək vacibdir.
C vitamini – təsiri tam sübut edilməsə də, bədəndə çatışmazlıq varsa, immun sistemini gücləndirə bilər.
D vitamini – günəş işığının az olduğu qış aylarında qəbul olunması tövsiyə edilir.
Burun spreyi – rahat nəfəs almağa kömək edir, amma 4–5 gündən çox istifadə etmək olmaz, çünki "geri tıxanma effekti" yarada bilər.
Toyuq şorbası – elmi sübutu olmasa da, boğazı yumşaldır və orqanizmi maye ilə təmin edir.
Qripdən qorunmağın ən təsirli yolu – peyvənd
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qrip virusuna qarşı illik peyvənd infeksiyanın ağır keçməsinin qarşısını almağın ən effektiv üsuludur. Virus hər il mutasiya etdiyi üçün peyvəndlər mütəmadi yenilənir.
Peyvənd xüsusilə risk qrupuna daxil olanlara tövsiyə olunur: xroniki xəstəliyi olanlara, hamilə qadınlara, 6 ay–5 yaş arası uşaqlara, yaşlılara və səhiyyə işçilərinə.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 887 Tarix: 12 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
24 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabr