Ürəyi və böyrəkləri səssizcə çökdürür - Gizli xəstəlik
Halsızlıq, yorğunluq, keçməyən bel və kürək ağrısı… Bu cür şikayətlər çox vaxt adi yorğunluq kimi qəbul edilir. Halbuki bu əlamətlər bəzən qəlbi və böyrəkləri səssizcə məhv edən "paratiroid adenomu" adlı gizli bir xəstəliyin xəbərçisi ola bilər.
Hiyləgər və tanınmayan bir xəstəlik
Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "paratiroid adenomu" paratiroid vəzindən qaynaqlanan, xoşxassəli, lakin bədəndə ciddi fəsadlar yarada bilən bir şişdir. "Şiş" ifadəsi xəstələrdə tez-tez xərçəng qorxusu yaratsa da, bu xəstəlik xərçəng deyil. Lakin uzun müddət aşkarlanmadıqda ürək, damar və böyrək kimi həyati orqanlarda qalıcı zədələrə səbəb ola bilər.
Ümumi cərrah və endokrin cərrahı, professor Erhan Ayşan bildirir ki, bu xəstəlik illərlə fərq edilmədən davam edə bilər, halbuki sadə bir qan analizi ilə asanlıqla diaqnoz qoymaq mümkündür.
Kalsium dəyərlərinə diqqət vacibdir
Bu xəstələrin qanında kalsium dəyərləri adətən yüksək çıxır. Qanda artan kalsium, xüsusilə ürək və damar sistemində yığılıb ciddi zədələr yaradır. Buna görə də halsızlıq, yayılmış ağrılar və səbəbi bilinməyən yorğunluq hallarında mütləq kalsium səviyyəsinə baxılmalıdır.
Əlamətlər çox sinsi seyr edir
Paratiroid vəzləri bədənin ən kiçik orqanlarındandır və onların əsas vəzifəsi kalsium tarazlığını tənzimləməkdir. Bu vəzlər "parathormon" adlı hormon ifraz edirlər. Paratiroid adenomu isə həmin hormonun həddindən artıq ifrazına səbəb olur və nəticədə kalsium miqdarı qalxır. Artan kalsium damarlarda çökmələr yaradaraq qan axınını azaldır, bu da ürək krizi, beyin insultu və böyrək çatışmazlığına yol aça bilər.
Diaqnoz çətin, lakin vacibdir
Xəstəliyin diaqnozu bəzən çətin olur, çünki əlamətlər çox ümumidir və digər xəstəliklərlə qarışdırıla bilər. Halbuki sadəcə qan analizində kalsiumun 10-un üzərində olması artıq paratiroid adenomu şübhəsi üçün kifayətdir.
Yeganə müalicə – əməliyyat
Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Yeganə effektiv üsul əməliyyatla şişin çıxarılmasıdır. Əməliyyatdan əvvəl ultrasəs və sintiqrafiya ilə adenomun yeri müəyyən edilir, lakin bəzən bu testlər nəticə vermir və əməliyyat çətinləşə bilər. Buna görə endokrin cərrahiyyəsində tez-tez belə deyilir: "Paratiroid əməliyyatı ya 30 dəqiqə çəkər, ya da 3 saat!"
Əməliyyatdan sonra sürətli sağalma
Əməliyyat uğurlu keçdikdən sonra xəstələrdə kalsium səviyyəsi tez bir zamanda normallaşır və bədəndəki gərginlik, halsızlıq kimi şikayətlər qısa müddətdə azalır. Xüsusilə gənc və orta yaşlı xəstələrdə bərpa prosesi daha sürətli gedir.
Sadə test, böyük fayda
Bu xəstəlik nadir görüldüyü üçün həkimlər bəzən onu digər diaqnozlarla qarışdıra bilər. Halbuki səhər acqarına edilən sadə kalsium testi həyatı xilas edə bilər. Ailə sağlamlıq mərkəzlərində belə aparılan bu analiz, qanda kalsium dəyəri 10-un üzərində çıxarsa, dərhal endokrinoloqa müraciət edilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya