İnfarkt və insultun yaranmasında yeddi əsas risk faktoru - Roqojkina açıqladı
İnfarkt və insult adətən qəfil baş vermir. Bu xəstəliklərin formalaşması illərlə davam edən risk faktorlarının toplanması nəticəsində baş verir.
Sonxeber.az xəbər verir ki, bunu kardioloq, Rusiya Səhiyyə Nazirliyinin Tibb və Profilaktika Mərkəzinin elmi əməkdaşı Yelizaveta Roqojkina deyib.
O bildirib ki, infarkt və insultun yaranmasında yeddi əsas risk faktoru var və onların çoxunu nəzarətdə saxlamaq mümkündür.
Mütəxəssis vurğulayıb ki, hər iki xəstəlik əslində aterosklerozun, yəni damarların tədricən sərtləşməsi və daralması nəticəsində yaranan qan dövranı pozuntusunun nəticəsidir. Damar divarlarında yaranan lipid təbəqələri qan axınının qarşısını alır və toxumaları oksigensiz qoyur. Əgər bu tıxanma ürəyə qan daşıyan damarda baş verirsə, infarkt, beyinə qan aparan damarda baş verərsə isə insult yaranır.
Roqojkinanın sözlərinə görə, xroniki stress, yuxu çatışmazlığı, düzgün olmayan qidalanma, yüksək təzyiq, yüksək xolesterin, siqaret çəkmə, şəkərli diabet, artıq çəki və fiziki passivlik bu xəstəliklərin başlıca səbəbləridir.
Kardioloq xüsusilə trans və doymuş yağların çox qəbul edilməsinin "pis" xolesterini artırdığını, bunun da damarların tıxanmasına və aterosklerozun sürətlənməsinə səbəb olduğunu qeyd edib. Siqaret çəkmə damar spazmına və qanda oksigen səviyyəsinin enməsinə gətirir, bu da ürək-damar sistemini daha da zəiflədir.
Mütəxəssis əlavə edib ki, yuxusuzluq və stress orqanizmdə kortizol səviyyəsini yüksəldir və bu da qan təzyiqinin artmasına, iltihabi proseslərin güclənməsinə səbəb olur.
Roqojkina bildirib ki, balanslı qidalanma, gündəlik fiziki aktivlik və siqaretdən imtina infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. O, həmçinin hər kəsə ildə ən azı bir dəfə təzyiq, xolesterin və qlükoza səviyyəsini yoxlatmağı tövsiyə edib.(milli.az)
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1003 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf
Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm
8 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabr