Yatmazdan əvvəl telefona baxmaq yuxu sağlamlığını həqiqətən təsir edirmi?
Yatmazdan əvvəl ağıllı telefondan istifadə etməmək tövsiyəsi müasir dövrün ən geniş yayılmış sağlamlıq xəbərdarlıqlarından biridir. Lakin çoxları bu qaydanı pozur. Yeni bir elmi araşdırma isə bu vərdişin yuxuya mənfi təsirinin əvvəllər düşünülən qədər qəti olmadığını irəli sürərək uzunmüddətli mübahisəni yenidən gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, "Sleep Health" jurnalında yayımlanan tədqiqatda Kanadada min nəfərdən çox yetkinin yuxu sağlamlığına dair məlumatları təhlil olunub. İştirakçıların 80 faizindən çoxu son bir ayda yatmazdan əvvəl ekrana baxdığını, təxminən yarısı isə bunu hər gecə etdiyini bildirib. Onlar ekran istifadəsinin tezliyinə görə üç qrupa bölünüblər: ara-sıra, orta dərəcədə və mütəmadi istifadə edənlər.
Nəticələr gözlənilməz olub. Yaş, cins və gəlir kimi amillər nəzərə alındıqda, ara-sıra və mütəmadi ekran istifadəçiləri ən yaxşı yuxu keyfiyyətinə sahib olduqlarını bildiriblər. Ara-sıra ekran istifadə edənlər daha yaxşı yuxu nizamına və məmnuniyyətə malik olduqlarını, mütəmadi istifadə edənlər isə ən sabit yuxu vaxtı və gündüz oyanıqlığına sahib olduqlarını qeyd ediblər. Ən zəif nəticə isə orta dərəcədə istifadə edənlərdə müşahidə olunub.
Mavi işıq iddiası və yaş amili
Bu nəticələr, uzun müddətdir qəbul edilən "mavi işığın yuxunu pozduğu" fikrinə meydan oxuyur. Əvvəlki araşdırmalarda, telefon ekranlarından yayılan mavi işığın melatonin istehsalını azaltdığı və yuxu keyfiyyətini pisləşdirdiyi iddia edilirdi.
Tədqiqatın həmmüəllifi, Toronto Metropolitan Universitetinin Yuxu və Depressiya Laboratoriyasının direktoru Kollin Karni bu yanaşmanın birmənalı olmadığını bildirir. Onun fikrincə, yaş, zamanlama və mavi işığa məruz qalma dərəcəsi əvvəlki işlərdə kifayət qədər nəzərə alınmayıb: "Erkən yaş dövrlərində, xüsusən yeniyetmələrdə axşam saatlarında mavi işığa çox məruz qalmaq mənfi təsir göstərə bilər, çünki bu dövrdə işığa həssaslıq artır. Lakin yaş artdıqca bu həssaslıq azalır".
Alimlər bildirirlər ki, böyüklərin yuxu sağlamlığı yalnız cihazı nə vaxt istifadə etmələrindən deyil, həm də necə istifadə etmələrindən asılıdır. Məsələn, bəzi tətbiqlər rahatlamağa kömək edə bilər, lakin stress və ya narahatlıq yaradan məzmunlar yuxu prosesini poza bilər. Bu isə ekran istifadəsi ilə yuxu sağlamlığı arasındakı əlaqənin sadə bir səbəblə izah oluna bilməyəcəyini göstərir.
Tədqiqatçılar bu əlaqənin tam anlaşılması üçün əlavə araşdırmaların vacibliyini vurğulayırlar. Dr. Karni böyüklərə bu təsiri şəxsi təcrübə ilə sınaqdan keçirməyi məsləhət görür: bir həftə ərzində adi yuxu rejimlərini müşahidə etdikdən sonra, növbəti həftə yatmazdan ən azı bir saat əvvəl cihaz istifadə etməməyə cəhd etmək mümkündür.
Karni əlavə edir: "Əgər cihazdan daha erkən uzaqlaşmaq daha yaxşı yatmağınıza və özünüzü daha gümrah hiss etməyinizə kömək edirsə, bunu yeni bir vərdişə çevirin. Əks halda, cihaz istifadəsinin düşündüyünüz qədər problem yaratmadığı qənaətinə gələ bilərsiniz".
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3492 Tarix: 14 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf
Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm
8 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabr