Xərçəngin dərmanı GÖRÜN HANSI HEYVANDA İMİŞ
Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrini məhv edə bilən bakteriyalar aşkar ediblər.
Milli.Az xəbər verir ki, tədqiqat "Japan Advanced Institute of Science and Technology" (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr "Gut Microbes" jurnalında dərc olunub.
Araşdırma zamanı alimlər vəhşi amfibiyalar və sürünənlərin mikrobiotasını öyrəniblər. Onlar yapon ağac qurbağalarının (Dryophytes japonicus), yapon tritonlarının və çevik kərtənkələlərin bağırsağından 45 bakteriya ştammı ayırıblar. Laboratoriya testlərində bu ştammlardan 9-u xərçəngə qarşı güclü təsir göstərib.
Ən yüksək effekt isə qurbağaların bağırsağında aşkar edilən "Ewingella americana" bakteriyasında qeydə alınıb. Siçanlar üzərində aparılan təcrübələrdə bu bakteriyanın bir dəfə damar daxilinə yeridilməsi kolorektal xərçəng şişinin bütün heyvanlarda tam yox olmasına səbəb olub. Bu nəticə immunoterapiya və kimyaterapiya da daxil olmaqla standart müalicə üsullarından daha effektiv olub.
Alimlər müəyyən ediblər ki, bakteriya iki istiqamətdə təsir göstərir. Bir tərəfdən, şişin oksigeni az olan mühitində toplanaraq xərçəng hüceyrələrini birbaşa məhv edir. Digər tərəfdən isə immun sistemini aktivləşdirərək şişə qarşı müdafiəni gücləndirir.
Tədqiqatçılar gələcəkdə bu üsulun digər xərçəng növlərində də sınaqdan keçirilməsini və insanlarda istifadəsi üçün daha təhlükəsiz tətbiq yollarının hazırlanmasını planlaşdırırlar.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3911 Tarix: 20 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəncəfil və sarıkökün bilinməyən zərərləri
Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib
14 sentyabr 2021Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı
"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial
13 sentyabr 2021Yatmazdan 1 saat əvvəl süd için
Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur
15 sentyabr 2021Koronavirusun simptomları dəyişdi
Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən
14 sentyabr 2021Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər
Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə
15 sentyabr 2021Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -
13 sentyabr 2021Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI
Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı
16 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021