Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir

Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidirMütəxəssislər qrip və yüksək hərarətlə müşayiət olunan virus infeksiyaları zamanı isti vanna qəbul etməyin riskli olduğunu bildirirlər. həkimlərin sözlərinə görə, isti su bədən temperaturunu daha da yüksəldə, ürək-damar sisteminə əlavə yük sala və halsızlığı artıra bilər.

Milli.Az xəbər verir ki, qrip zamanı orqanizm artıq infeksiya ilə mübarizə apardığından, isti vanna damarların genişlənməsinə səbəb olur. Bu isə başgicəllənmə, təzyiqin düşməsi, hətta huşun itirilməsi riskini artıra bilər. Xüsusilə yüksək hərarət, ürək problemləri və zəiflik olan şəxslər üçün isti vanna daha təhlükəli sayılır.

Həkimlər bildirirlər ki, bu dövrdə gigiyena məqsədilə ilıq su ilə qısa müddətli duş daha məqsədəuyğundur. Eyni zamanda bol maye qəbulu, istirahət və həkim məsləhəti ilə müalicə əsas şərt hesab olunur.

Qeyd olunur ki, hərarət normallaşdıqdan və ümumi vəziyyət yaxşılaşdıqdan sonra isti vanna qəbul etmək mümkündür. Ancaq xəstəlik dövründə bu cür addımlar sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 400   Tarix: 28 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə insanlar çox yeyir və bununla necə mübarizə aparmaq olar?

Həddindən artıq yemək bir çox insanın gündəlik həyatında qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, aclıq hissi insan orqanizminin əsas yaşamaq mexanizmlərindən biri olsa da, müasir dövrdə qida yalnız enerji mənbəyi deyil, həm də emosional və psixoloji ehtiyacların qarşılanma vasitəsinə çevrilib

11 iyun
.

Bir dəqiqəlik qəzəbin bədənə verdiyi zərər: İmmun sistemi 5 saat zəifləyir

Gündəlik həyatda yaşanan ani qəzəb partlayışlarının düşündüyümüzdən daha ciddi nəticələrə səbəb ola biləcəyi ortaya çıxıb. Qaynarinfo xəbər verir ki, yeni araşdırmaya görə, cəmi 60 saniyəlik güclü qəzəb belə immun sistemini 5 saata qədər zəiflədə bilər. Alimlərin apardığı tədqiqatlar göstərir ki, qıs

10 iyun
.

Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi

Yay mövsümünün ən məşhur giləmeyvələrindən olan qarpız və yemiş həm susuzluğu yatırması, həm də orqanizmi nəmləndirməsi ilə seçilir. Mütəxəssislər bu iki meyvənin faydalarını müqayisə edərək hansı hallarda hansına üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu izah ediblər. xarici mediaya istinadl

7 iyun
.

Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər

Xörək duzu maddələr mübadiləsinin normal gedişində, sinir və əzələ fəaliyyətində, həmçinin orqanizmdə maye balansının qorunmasında mühüm rol oynayır. xəbər verir ki, həkimlərin sözlərinə görə, yetkin insanların gündəlik minimum duz ehtiyacı təxminən 1,4 qramdır. Tövsiyə olunan gündəlik qəbul miqdar

6 iyun
.

Yayda bəzi ayaqqabıları geyinmək təhlükəlidir - Ortopeddən xəbərdarlıq

"Yay ayaqqabısının düzgün seçilməməsi sağlamlıq üçün mənfi nəticələrə yol aça bilər". xəbər verir ki, bunu -ya rusiyalı travmatoloq-ortoped Antonina Zavadskaya deyib. Həkimin sözlərinə görə, yay üçün ayaqqabı seçərkən ortopedik xəstəliklərdən və zədələnmə riskindən qorunmaq üçün onun konstruksiyasın

7 iyun
.

Öd kisəsində daşlar niyə yaranır? - Əsas əlamətlər və səbəblər - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında öd yolları xəstəlikləri haqqında müzakirə aparılıb. Öd kisəsində daşlar necə əmələ gəlir? Öddaşı xəstəliyində hansı hallarda əməliyyat qaçılmaz olur? Öd polipləri və öddaşının əlamətləri eynidir? Bütün poliplərdə əməliyyat zəruridir? Artıq çəki öd xəstəliklər

6 iyun
.

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

45 yaşdan sonra qadınların bədənində baş verən hormonal dəyişikliklər səbəbindən artıq çəki problemi daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaş dövründə bədənin dəyişməsi təbii prosesdir və əsas səbəb metabolizmin kəskin zəifləməsi deyil, hormonal balansın dəyişməsidir. Qaynarinf

3 iyun
.

Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı

Harvard və Virciniya universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, uzaqdan iş formatı əməkdaşların psixi vəziyyətinə mənfi təsir göstərir. xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan materialda məlumat verilib. Alimlər 500 mindən çox amerikalının sorğu məlumatlarını təhli

6 iyun
.

Bağırsaq sağlamlığı üçün nə yemək lazımdır? - Ən faydalı 5 məhsul

Bağırsaqların vəziyyəti təkcə həzmə deyil, həm də immunitetə, metabolizmə və ümumi sağlamlığa birbaşa təsir göstərir. Mikrobiota balansını qorumağa probiotiklərlə zəngin qidalar kömək edir. Mütəxəssislər bağırsaq sağlamlığı üçün xüsusilə faydalı olan 5 probiotik məhsulu açıqlayıb. Qaynarinfo xəbər veri

1 iyun