Hər yaşda neçə saat yatmaq lazımdır? - Yuxusuzluğun təhlükələri

Hər yaşda neçə saat yatmaq lazımdır? - Yuxusuzluğun təhlükələriAvstraliyalı alimlər uzunmüddətli araşdırma nəticəsində yuxu çatışmazlığının zamanla psixi sağlamlığa ciddi təsir göstərə biləcəyini müəyyən ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat La Trobe University alimləri tərəfindən aparılıb.

Alimlər beş il ərzində 133 mindən çox Yeni Zelandiya sakininin yuxu keyfiyyəti və müddəti barədə məlumat toplayıblar. İştirakçılar hər gecə neçə saat yatdıqlarını bildiriblər, paralel olaraq isə onların stress səviyyəsi və psixoloji vəziyyəti müxtəlif testlərlə qiymətləndirilib.

Nəticələr göstərib ki, davamlı olaraq kifayət qədər yatmayan insanlarda psixi pozuntuların ilkin əlamətləri bir il ərzində ortaya çıxa bilər. Araşdırmaya görə, iştirakçıların təxminən 40 faizi tövsiyə olunan 7-9 saatdan az yatır. Məhz bu qrupda sonradan psixi sağlamlıq problemlərinin yaranma ehtimalı daha yüksək olub. Gecə 7-8 saat yatan şəxslərdə isə belə risk müşahidə edilməyib.

Alimlər yaş qruplarına görə ideal yuxu müddətini dəqiqləşdiriblər:

0-3 aylıq körpələr: 14-17 saat

4-11 aylıq körpələr: 12-15 saat

1-2 yaş: 11-14 saat

3-5 yaş: 10-13 saat

6-13 yaş: 9-11 saat

14-17 yaş: 8-10 saat

18-64 yaş: 7-9 saat

65 yaşdan yuxarı: 7-8 saat

Mütəxəssislər vurğulayırlar ki, yuxu normasını azaltmaq məsləhət deyil. Qısa müddətli yuxusuzluq iş qabiliyyətinin azalması və əsəbilik yaratsa da, uzunmüddətli yuxu çatışmazlığı daha ciddi, xüsusilə psixi sağlamlıqla bağlı problemlərə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1241   Tarix: 20 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi

4 oktyabr